Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-177/2025 08.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X11 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Goranboy rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl X8 ilə birlikdə istifadə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə edəcəkləri nəzərdə tutduqları 1 ədəd sellofan bükümdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 08 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl X8 ilə birlikdə istifadə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə edəcəklərini nəzərdə tutduqları 1 ədəd sellofan bükümdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 05 may 2025-ci il tarixdə, saat 13 radələrində Tural ona zəng edərək Ucar şəhərində işi olduğunu və bir yerdə gedib qayıtmalarını təklif etmişdir. O, bu təkliflə razılaşmış və Tural Tunarbəyin idarə etdiyi avtomobillə onu götürərək birlikdə Ucar rayonu istiqamətində yola çıxmışlar. Yolda o, Turalda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyindən sonuncudan tüstü yolu ilə istifadə etməsi üçün narkotik vasitəni istəmişdir. Tural gizli olaraq yolda ona istifadə etməsi üçün narkotik vasitə sayılan qurudulmuş marixuananı vermiş və o da həmin narkotik vasitədən istifadə etmişdir. Lakin bu barədə sürücü Tunarbəyin xəbəri olmamışdır. Daha sonra, onlar Ucar şəhərinə gəlmişlər və Ucar şəhərində tanımadıqları (Turalın danışdığı) adamlarla “Platin” deyilən restoranda oturaraq şam yeməyi yemişlər. Daha sonra, Tural ona Ucar şəhərində rastlaşdığı, tanımadığı adama narkotik vasitəni verməsi məqsədilə gəldikləri avtomobildən narkotik vasitəni gətirməsini xahiş etmişdir. O, Goranboy rayonundan Ucar şəhərinə gəldiyi və Tunarbəyin idarə etdiyi avtomobilə yaxınlaşmış (bu zaman Ucar şəhərində görüşdükləri adamlardan biri di onun yanında olmuşdur) avtomobildən narkotik vasitəni götürərək (Turala məxsus) restorana geri qayıtmışdır. Restoranda olarkən polis əməkdaşları oraya daxil olmuş və onların narkotik vasitə saxlanması və istifadəsində şübhəli olduqlarını bildirərək üzərilərində və avtomobildə axtarışa başlamışlar. Daha sonra Ucar RPŞ-yə gətirilmişlər. Hazırda törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl X8 ilə birlikdə istifadsə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə edəcəkləri nəzərdə tutduqları 1 ədəd polietilen paketdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Şəxs və X6 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs və X6 əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin təsiri altına düşdüyündən barələrində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Ucar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan bükümdə, çəkisi 0,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabi) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut hesab edilmiş, həmin qurudulmuş marixuanadan 0,02 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış, qalan 0,90 qram qurudulmuş marixuananın 01 ədəd zərfdə qablaşdırılıb “məhkəmə ekspertizası mərkəzi tədqiqat obyekti №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X9 Bölməsinin 06 may 2025-ci il tarixli, 17/327 saylı ekspert rəyinin surətinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Goranboy r/n Səmədabad kənd sakini Şəxs qara gödəkcənin sağ cibindən aşkar olunmuş yaşıl kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi-0,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 X2 Ekspert komissiyası tərəfindən 07 may 2025-ci il tarixdə verilmiş 747 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan inzibati qaydada tutma haqqında 06 may 2025-ci il tarixli, AZA 027500 saylı protokoldan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdə saat 20:05-də inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 06 may 2025-ci il tarixli, AZA 007396 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, ailə və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Bundan əlavə, Şəxs üzərində şəxsi axtarış və götürmənin, eləcə də avtomobilə baxışı özündə əks etdirən 02 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınmalı və ondan aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,90 qram olan, maddi sübut sayılan narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edirəm ki, Şəxs 06 may 2025-ci il tarixdə saat 20:05-dən inzibati qaydada tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 37, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 35 (otuz beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 06 may 2025-ci il tarixdən saat 20:05-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,90 qram olan maddi sübut, narkotik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Şəxs üzərində şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 02 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla toplanmış materiala əlavə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-177/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-177/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver