Məhkəmə qərarları › İş №3(063)-178/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-178/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-178/2025 08.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Goranboy rayonu, Muzdurlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Goranboy rayonu, Muzdurlar kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl Şəxs ilə birlikdə istifadə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə edəcəkləri nəzərdə tutduqları 1 ədəd sellofan bükümdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl Şəxs ilə birlikdə istifadə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə etmələrini nəzərdə tutduqları 1 ədəd sellofan bükümdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Şahid əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, ticarətlə məşğuldur, 05 may 2025-ci il tarixdə Aqil və Turanbəylə Ucar şəhərinə gəlmişlər. O, aradabir marixuana istifadə edir. O, üzərində bir balaca marixuana götürmüşdür ki, Aqillə istifadə etsin. Onlar yola çıxmamışdan əvvəl Aqillə birlikdə narkotik vasitə sayılan marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmuşdur. Daha sonra, Aqil və Turanbəylə birlikdə Ucar şəhərinə gəlmişlər. Ucar şəhərində “Platin” adlanan restoranda Aqilin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə isə ona məxsus olmamışdır. Lakin Tunarbəyin idarə etdiyi avtomobildən Aqilin götürdüyü narkotik vasitə qurudulmuş marixuananı onun əyləşdiyi sağ tərəf qabaqda olan saxlanc yerindən götürüldüyünü bilmişdir. Həmin narkotik vasitə Aqilə məxsus olmuşdur. Lakin o, Aqilin üzərində hər hansı narkotik vasitə olmasından xəbəri olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, himayəsində xəstə atasının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, 05 may 2025-ci il tarixdə, saat 13 radələrində Tural ona zəng edərək Ucar şəhərində işi olduğunu və bir yerdə gedib qayıtmalarını təklif etmişdir. O, bu təkliflə razılaşmış və Tural Tunarbəyin idarə etdiyi avtomobillə onu götürərək birlikdə Ucar rayonu istiqamətində yola çıxmışlar. Yolda o, Turalda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyindən sonuncudan tüstü yolu ilə istifadə etməsi üçün narkotik vasitəni istəmişdir. Tural gizli olaraq yolda ona istifadə etməsi üçün narkotik vasitə sayılan qurudulmuş marixuananı vermiş və o da həmin narkotik vasitədən istifadə etmişdir. Lakin bu barədə sürücü Tunarbəyin xəbəri olmamışdır. Daha sonra, onlar Ucar şəhərinə gəlmişlər və Ucar şəhərində tanımadıqları (Turalın danışdığı) adamlarla “Platin” deyilən restoranda oturaraq şam yeməyi yemişlər. Daha sonra, Tural ona Ucar şəhərində rastlaşdığı, tanımadığı adama narkotik vasitəni verməsi məqsədilə gəldikləri avtomobildən narkotik vasitəni gətirməsini xahiş etmişdir. O, Goranboy rayonundan Ucar şəhərinə gəldiyi və Tunarbəyin idarə etdiyi avtomobilə yaxınlaşmış (bu zaman Ucar şəhərində görüşdükləri adamlardan biri di onun yanında olmuşdur) avtomobildən narkotik vasitəni götürərək (Turala məxsus) restorana geri qayıtmışdır. Restoranda olarkən polis əməkdaşları oraya daxil olmuş və onların narkotik vasitə saxlanması və istifadəsində şübhəli olduqlarını bildirərək üzərilərində və avtomobildə axtarışa başlamışlar. Daha sonra Ucar RPŞ-yə gətirilmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl Şəxs ilə birlikdə istifadsə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə edəcəkləri nəzərdə tutduqları 1 ədəd sellofan bükümdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Şahid və Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şahid və Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206cı maddəsinin təsiri altına düşdüyündən barələrində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Ucar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid üzərindən aşkar edilmiş 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan bükümdə, çəkisi 0,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabi) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut hesab edilmiş, həmin qurudulmuş marixuanadan 0,02 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış, qalan 0,90 qram qurudulmuş marixuananın 01 ədəd zərfdə qablaşdırılıb “məhkəmə ekspertizası mərkəzi tədqiqat obyekti №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 X2 Ekspert komissiyası tərəfindən 07 may 2025-ci il tarixdə verilmiş 748 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan inzibati qaydada tutma haqqında 06 may 2025-ci il tarixli, AZA 027498 saylı protokoldan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 06 may 2025-ci il tarixli, AZA 007397 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 05 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” adlı kafedə saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibindən üzərindən bir qədər əvvəl Şəxs ilə birlikdə istifadə etdikləri və Goranboy rayonuna qayıdarkən istifadə edəcəkləri nəzərdə tutduqları 1 ədəd sellofan bükümdə 0,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs üzərində olan narkotik vasitəni Şahid əvəzsiz olaraq (pay) vermiş və sonuncu həmin narkotik vasitədən istifadə etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı hər iki şəxsin izahatları ilə narkotik vasitədən istifadənin birgəliyi özünü istisna etməklə Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olması ehtimalını artırır. Göründüyü kimi Şəxs baxılan inzibati xəta haqqında materialda göstərilən əməli törətməsi təsdiq olunacağı halda, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Çünki, Azərbaycan Repsublikası İXM-nin (bundan sonra İXM) 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 saylı Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. İXM-nin 114.2.3-cü bəndinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməli və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Ucar Rayon Məhkəməsində baxılan 3(063)-178/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 06 may 2025-ci il tarixdə, saat 20:10-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmadan müşayiət altında məhkəməyə gətirilmişdir. Hazırda, İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində başlanmış icraata xitam verildiyindən onun barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Ucar Rayon Məhkəməsində baxılan 3(063)- 178/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar