Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-179/2024 05.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 20 aprel 2024-cü il tarixdə, saat 14:00 radələrində Ucar şəhəri, H.Əliyev prospektində, “Aran” Marketin yaxınlığında X4 məxsus 260 manat pulu oğurlamaqla xırda talama etmişdir. Bu barədə Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən 04 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 20 aprel 2024cü il tarixdə, saat 14:00 radələrində Ucar şəhəri, H.Əliyev prospektində, “Aran” Marketin yaxınlığında Zərərçəkmiş şəxs məxsus 260 manat pulu oğurlamaqla xırda talama etdiyini bildirdi. Həmçinin, o, 16 may 2024-cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 20 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Ucar şəhəri, H.Əliyev prospekti “Aran” marketin qarşısında Zərərçəkmiş şəxs içkili olduğunu görmüş və ətrafda heç kimin olmadığını görüb sonuncunun corabında olan 260 manat pulu götürmüşdür. Etdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətə yol verməyəcəkdir. Odur ki, nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 20 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Ucar şəhəri, H.Əliyev prospektində “Aran” marketin qarşısında içkili vəziyyətdə olduğu zaman (huşu özündə olmadığından hadisəni dəqiq xatırlaya bilmir) şəhər sakini Şəxs onun corabında olan 260 manat pulu oğurlamışdır. Hazırda Şəxs qarşı şikayətçidir, barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarında olan 16 may 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Şəxs əməli cinayət məsuliyyəti yaratmadığından barəsində Azərbaycan Respublikası CMin 177-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində İXM-in 227-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ucar rayon İTB-nə göndərilməsi qərara alınmışdır. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 20 aprel 2024-cü il tarixdə, saat 14:00 radələrində Ucar şəhəri, H.Əliyev prospektində, “Aran” Marketin yaxınlığında X4 məxsus 260 manat pulu oğurlamaqla xırda talama etmişdir. İşdə olan 05 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs qarşı şikayətçidir, barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan inzibati qaydada tutma haqqında 04 iyun 2024-cü il tarixli, AZA 021536 saylı protokoldan görünür ki, Şəxs 04 iyun 2024-cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşını, ailə vəziyyətini və əməlindən səmimi peşmançılıq hissi çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən törədilmiş inzibati xəta əməlləri nəticəsində vurduğu zərəri ödəməməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halları nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 24 (iyirmi dörd) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 04 iyun 2024-cü il tarixdən saat 10.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-179/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-179/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver