Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-179/2025 13.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X5 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : Şəxs 12 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar şəhəri, H.Əliyev prospektində və həmin prospektdə yerləşən Ucar RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan Ucar RPŞ-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də, sonuncu Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin həyətində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X7 tərəfindən 13 may 2025-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin polis sahə rəisi X7 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 12 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar şəhəri, H.Əliyev prospektində və həmin prospektdə yerləşən Ucar RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan Ucar RPŞ-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də, sonuncu Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin həyətində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, oğurluq hadisəsi ilə bağlı o, həmişə qonşusu Mətanətdən şübhələnmişdir. Belə ki, evdən oğurlanmış pul vəsaitləri evin pəncərə və məhəccərləri sökülməklə aparılmışdır. Hesab edir ki, bu qədər səs küyü qonşusu Mətanət eşitməyə bilməzdi. Ona görə də o, dəfələrlə (hər gün, gündə iki dəfə) həmin hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng vurmuş, lakin polis tərəfindən hər hansı əməli addım atılmamış və cinayətkar müəyyən edilməmişdir. Bu hal onun qəzəbinə səbəb olduğundan bəzən polisin qanuni çağırışına gəlməmişdir. 12 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar şəhəri, H.Əliyev prospektində olarkən iki nəfər (Cavad və Ramil) mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Ramil ondan “Mətanət məsələsi nə məsələdir” deyə soruşduqda o, olanları bildirmişdir. Beləliklə, Mətanət tərəfindən verilmiş şikayət ərizəsi ilə bağlı araşdırma aparılması üçün RPŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş, RPŞ-yə getmiş və orada ola bilər ki, özündən asılı olmadan (əsəbi olduğundan) aqressiv hərəkətlər etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, 12 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar RPŞ-nin NMQnin əməliyyat müvəkkili Ramil Abdullayevlə inzibati ərazidə olarkən Ucar şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanan və mobil telefonla ucadan danışaraq ünvansız nalayiq ifadələr işlədən Şəxs yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Şəxs aqressiv şəkildə davranış nümayiş etdirərək çıxıb getməklərini tələb etmiş və ünvansız nalayiq ifadələr işlədərək onlara hədə-qorxu gəlməyə başlamışdır. Belə ki, onun mənzilindən oğurluq olmasını bildirib onların xidməti fəaliyyəti ilə bağlı lazımsız danışıqlar edərək hadisəni törədən şəxsi tapmadıqlarını bildirmişdir. Onlar Şəxs sakitləşdirməyə çalışsalar da o buna məhəl qoymayaraq səs-küy salmağa davam etmişdir. Sonra ona ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətləri etməsini izah edərək onlarla polis şöbəsinə getməyi bildirmişlər. O, yenidən əl-qol hərəkətləri ilə səs-küy salaraq ətrafdakıları özünə cəlb etməyə çalışmış və qaçmağa cəhd etmişdir. Bundan sonra onlar Şəxs saxlayıb şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Şəxs şöbənin inzibati binasının həyətində olarkən onun barəsində olan araşdırma materialı ilə bağlı polis sahə rəisi İlkin Hacıyevlə mübahisə edib ünvansız nalayiq ifadələr işlətmişdir və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X1 digər şahid X2 izahatına uyğun, oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etdi. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, Şəxs 12 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar şəhəri, H.Əliyev prospektində və həmin prospektdə yerləşən Ucar RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan Ucar RPŞ-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də, sonuncu Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin həyətində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında 12 may 2025-ci il tarixli, AZA 027492 saylı protokoldan görünür ki, Şəxs 12 may 2025-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 12 may 2025-ci il tarixli, AZA 011095 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs özünü qismən təqsirli bilməsi halına tənqidi yanaşaraq hesab edirəm ki, sonuncu bununla məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək xarakterli məqsəd güdür. Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılması zamanı Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məsuliyyəti yüngülləşirən halın olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbeh təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 12 may 2025-ci il tarixdə, saat 19:30 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 12 may 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-179/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-179/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver