Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-2/2024 25.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Ucar rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3-cü maddəsi ilə Ucar RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində qadağan olunmuş yerdə ov qaydalarını kobud şəkildə pozmuşdur. Bununla əlaqədar sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTBnin sahə rəisi X2 bildirdi ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində qadağan olunmuş yerdə ov qaydalarını kobud şəkildə pozmuşdur. Bununla əlaqədar sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, ona məxsus “Tula” markalı, qoşa lülə, 16 kalibr, 165-85 nömrəli rəsmi şəkildə qeydiyyatdan keçmiş tüfəngi vardır. Özü 2019-cu il tarixdən Azərbaycan Ovçular və Balıqçılar cəmiyyətinin üzvüdür və hər il mütəmadi olaraq üzvülük haqqı ödəyir. 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən boş açıq sahəyə ov etmək məqsədi ilə getmiş və sahəni gəzdikdən sonra təxminən 2 saat sonra o, orada həmkəndliləri Müşfiq və İntiqamı görmüşdür. Təxminən bir neçə dəqiqə Müşfiq və İntiqamla söhbət edərək ovuna davam etmiş və 5 ədəd çöl dovşanı vurmuşdur. Daha sonra, hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun qanunsuz ov etməklə məşğul olduğunu bildirməklə Ucar RPŞ-yə dəvət etmişlər. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirməklə barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində qadağan olunmuş yerdə ov qaydalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdə olan sənədlərlə Şəxs ov hüququnun olması müəyyən edilmişdir. Lakin törətdiyi inzibati xəta hadisəsi ov qadağan edilmiş ərazidə ov etməklə qaydaların kobud şəkildə pozulması ilə bağlı olmuşdur. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halalrın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 6 ay müddətə ovçuluq hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-2/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-2/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver