Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-215/2024 29.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxx 1968-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar şəhəri, T.İsmayılov küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etmiş, həmçinin, həmin vaxt polis işçilərinin ictmai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 28 iyun 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri E.Əhədlinin raportu əsasında tərəfindən inzibati araşdırma aparılmış, Şəxs 28 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edilmiş və inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Araşdırma zamanı həm polis nəfərlərinin, həm də Şəxs izahatları alınmış, Şəxs da törətdiyi inzibati xətaları etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, usta işləyir, ona bir nəfər şəxsin borcu olmuşdur. 28 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində mobil telefonla danışan zaman əsəbləşərək nəlayiq sözlər ifadə etdiyinə görə polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. O, əvvəlcə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, sonra isə oradan qaçmaq istəsə də polis əməkdaşları onu saxlayaraq Ucar Rayon Polis Şöbəsinə aparmışlar. Əlavə olaraq bildirdi ki, törətdiyi əməllərə görə peşimandır və ona qarşı hər hansı hüquqazidd hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri X1 izahatında göstərdi ki, 28 iyun 2024-cü il tarixdə, saat 16 radələrində dislakasiya üzrə Ucar şəhəri, 20 Yanvar küçəsində Ucar Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Sənan Həşimovla birlikdə xidmətdə olarkən bir nəfər şəxsin mobil telefon vasitəsi ilə danışarkən ucadan ünvansız küçə söyüşləri söydüyünü eşitmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək etdiyi əməlin ictimai qayda pozuntusu olduğunu ona izah etmişlər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirmiş və qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onlar həmin şəxsi saxlayaraq Ucar Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Ucar Rayon Polis Şöbəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, tələb etmələrinə baxmayaraq Şəxs öz hüquqzidd hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X3 da еyni məzmunlu izahat vеrərək şahid Eltun Əhədlinin göstərdiyi хüsusаtlаrı bir dаhа təsdiq еtdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməllər, özünün və şahidlərin izahatları ilə yanaşı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Qeyd olunur ki, hakimiyyət nümayəndəsi dedikdə, təşkilati hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət səlahiyyəti dedikdə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən polis əməkdaşı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş materiallarından görünür ki, Şəxs barəsində Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi R.Məmmədov tərəfindən 29 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs təqsirinin boynuna alaraq səmimi peşimançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıram. Həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən Şəxs səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. İşdə olan 28 iyun 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 iyun 2024-cü il tarixdə, saat 16:15-də inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati qaydada həbsetmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 28 iyun 2024-cü il tarixdən, saat 16:15-dən hesablanmalıdır. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 28 iyun 2024-cü il, saat 16:15-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-215/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-215/2024
29.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver