Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-222/2025 20.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Şamxor rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, X13 evində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra mənuru X7 icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(021)- 1136/2024 saylı icra sənədinə əsasən 23 may 2008-ci il təvəllüdlü X6 və 07 dekabr 2015ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəhim oğlundan 09 fevral 2024-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. İcra sənədi 01 iyul 2024-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfindən Ucar Rayon İcra və Probasiya Şöbəsinə 05 may 2025-ci il tarixdə sms bildiriş göndərilərək gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, Ucar Rayon İcra və Probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 20 may 2025-ci il tarixdə Ucar rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədinin icrası ondan tələb edilmiş, icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 2635 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Bərdə Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(021)-1136/2024 saylı icra sənədinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ucar rayonu, X13 evində qeydiyyatda olan Şəxs aliment borcu 2635 manat təşkil edir. Hazırda zərərçəkmiş şəxs icra sənədinin tam icra edilməsini tələb edir. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən 20 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(021)-1136/2024 saylı icra sənədinə əsasən 23 may 2008-ci il təvəllüdlü X6 və 07 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəhim oğlundan 09 fevral 2024-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. İcra sənədi 01 iyul 2024-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfindən Ucar Rayon İcra və Probasiya Şöbəsinə 05 may 2025-ci il tarixdə sms bildiriş göndərilərək gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, Ucar Rayon İcra və Probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 20 may 2025-ci il tarixdə Ucar rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədinin icrası ondan tələb edilmiş, sonuncu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 2635 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Bərdə Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(021)-1136/2024 saylı icra sənədinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ucar rayonu, X13 evində qeydiyyatda olan Şəxs aliment borcu 2635 manat təşkil edir. Əlavə olaraq onu da qeyd etdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin icrası istiqamətində 09 fevral 2024-cü il tarixdən başlayaraq hər ay müxtəlif məbləğlərdə (2024-cü ilin yanvar ayı üzrə 112 manat, 2024cü ilin fevral ayı üzrə 103,12 manat, 2024-cü ilin mart ayı üzrə 61 manat, 2024-cü ilin aprel ayı üzrə 154 manat, 2024-cü ilin may ayı üzrə 197 manat, 2024-cü ilin iyun ayı üzrə 320 manat, 2024-cü ilin iyul ayı üzrə 161,25 manat, 2024-cü ilin avqust ayı üzrə 92 manat, 2025-ci ilin yanvar ayı üzrə 50 manat, 2025-ci ilin fevral ayı üzrə 300 manat, 2025-ci ilin mart ayı üzrə 200 manat (2025-ci ilin mart ayı üzrə 200 manat ödəniş edilməsi rəsmi qəbzlə təsdiqlənməsə də, həm tələbkar, həm də borclunun etirafı ilə öz təsdiqini tapır), 2025-ci ilin may ayı üzrə 100 manat) ödənişlər etmişdir. Belə ki, 9 fevral 2024-cü il tarixdən başlayaraq zərərçəkmiş şəxsə olan ümumi 5250 manat borcundan təxminən yarısını, yəni 2615 manatını ödəmişdir. Lakin hazırda zərərçəkmiş şəxs icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, sözügedən icra sənədinin icra edilməsinin onun borcu olduğunu bilir və bundan yayınmır. Belə ki, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla (günəmuzd fəhlə işləməklə) ayda 200-300 manat məbləğində qazanc əldə edir. Əldə etdiyi gəlir gündəlik müəyyən məbləğlər təşkil edir, ona görə də o, 09 fevral 2024-cü il tarixdən başlayaraq hər ay (hər gün əldə etdiyi qazancdan) müxtəlif məbləğlərdə ödənişlər etmişdir (dolanışacağı üçün zəruri qida ehtiyaclarından əlavə). Əlavə olaraq qeyd etdi ki, etdiyi rəsmi ödənişlərdən əlavə, Bərdə rayonunda fəhlə işləyən müddətdə zərərçəkmiş şəxsə bir neçə dəfə ərzaq məhsulları alaraq vermişdir. O, məsuliyyətdən yayınmır, icra məmurunun çağırışlarına vaxtlı vaxtında gəlib getmiş, icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə iltizamı və digər zəruri sənədləri də imzalamışdır. Onun 9 fevral 2024-cü il tarixdən başlayaraq zərərçəkmiş şəxsə olan ümumi borcu 5250 manat təşkil etmiş və hazırda həmin borcun təxminən yarısını, yəni 2615 manatını ödəmişdir ki, bu hal işdə olan sənədlərdən də (ödəniş qəbzləri və kart hesabından çıxarışdan) görünür. Hazırda da zərərçəkmiş şəxsə olan borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur, bu hal sonuncu dəfə 4 gün bundan əvvəl etdiyi 100 manat və ondan əvvəlki aylarda müvafiq olaraq 300 və 200 manat məbləğində etdiyi ödənişlərlə də öz təsdiqini tapır. Odur ki, işlədiyi şəraitin, qazancının və həmin qazanc qarşılığında etdiyi ödənişlərin, eləcə də, himayəsində əlil qardaşının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə 20 may 2025-ci il tarixli ərizə ünvanlayaraq, borclu Şəxs ona olan aliment borcunun 2635 manat təşkil etdiyini və aliment borcunun tam olaraq ödənilməsini tələb etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(021)-1136/2024 saylı icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə 01 iyul 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Gündüz X1 xeyrinə 2024-cü ilin yanvar ayı üzrə 112 manat, 2024-cü ilin fevral ayı üzrə 103,12 manat, 2024-cü ilin mart ayı üzrə 61 manat, 2024-cü ilin aprel ayı üzrə 154 manat, 2024-cü ilin may ayı üzrə 197 manat, 2024-cü ilin iyun ayı üzrə 320 manat, 2024-cü ilin iyul ayı üzrə 161,25 manat, 2024-cü ilin avqust ayı üzrə 92 manat ödənişlər etmişdir. İşdə olan 10 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, Gündüz X1 xeyrinə həmin tarixdə 300 manat ödəniş etmişdir. İşdə olan 16 may 2025-ci il tarixli qəbzdən görünür ki, Gündüz X1 xeyrinə həmin tarixdə 100 manat ödəniş etmişdir. İşdə olan 09 və 29 yanvar 2025-ci il tarixli qəbzlərdən görünür ki, Gündüz X1 xeyrinə müvafiq olaraq 20 və 30 manat məbləğində ödənişlər etmişdir. İşdə olan X5 tərəfindən tərtib edilib imzalanmaqla Ucar rayon icra və probasiya şöbəsinə ünvanlanmış 13 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs həmin tarixə olan aliment borcu 1485 manat təşkil etmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcu yarandığı tarixdən (09 fevral 2024-cü il tarixdən) ardıcıl olaraq hər ay (2024-cü ilin yanvar ayı üzrə 112 manat, 2024-cü ilin fevral ayı üzrə 103,12 manat, 2024-cü ilin mart ayı üzrə 61 manat, 2024-cü ilin aprel ayı üzrə 154 manat, 2024-cü ilin may ayı üzrə 197 manat, 2024-cü ilin iyun ayı üzrə 320 manat, 2024-cü ilin iyul ayı üzrə 161,25 manat, 2024-cü ilin avqust ayı üzrə 92 manat, 2025-ci ilin yanvar ayı üzrə 50 manat, 2025-ci ilin fevral ayı üzrə 300 manat, 2025-ci ilin mart ayı üzrə 200 manat, 2025-ci ilin may ayı üzrə 100 manat) müvafiq ödənişlər etməsi sonuncunun əməlində icra sənədinin üzrsüz səbəbdən (qəsdən) icra edilməməsi kimi nəzərə alınmamalıdır. Bu hal isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin yaranmasını istisna edən hal kimi qiymətləndirilir. Nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədinin Şəxs tərəfindən həqiqətən də qəsdən və üzrsüz səbəbdən icra edilməməsinə əsas olan fikirləri və ehtimalları aradan qaldırır. Göstərilənlərdən əlavə olaraq qeyd edirəm ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il Qərarı”nda təsbit olunduğu kimi, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl hüquq nəzəriyyəsi baxımından “uzanan hüquq pozuntusunu” özündə ehtiva edir. Belə olan halda, “Uzanan hüquqpozuntuları” üçün səciyyəvi xarakter daşıyan, yəni qanunla müəyyən edilmiş öhdəliklərin pozulmasının konkret hərəkətlərin dayandırılması məqamında başa çatması subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Lakin hazırkı iş üzrə Şəxs tərəfindən icra sənədinin icrası istiqamətində əlindən gələn mümkün və potensial ödəniş tədbirlərini həyata keçirməsi icra sənədinin icra edilməsi istiqamətində hərəkətlərin dayandırılması anlamına gəlmir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini rəhbər tutaraq araşdırma apararkən müəyyən etmişdir ki, Konstitusiya Məhkəməsinin verdiyi şərhin məzmunundan da aydın olur ki, icra məmuru şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən qanunvericilikdən irəli gələn tələblərə və qeyd edilən qərarın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarının) məzmununa diqqət yetirməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin həmin Qərarda əlavə olaraq qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Bundan əlavə, qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, sözügedən Qanunla məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlirəm ki, icra sənədinin icra edilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icradan boyun qaçırması, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:
1. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim : Xəyal Bədəlov