Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-226/2025 22.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1991-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar şəhəri, Vidadi küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1753/2022 nömrəli, 23 may 2022-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmayan 11 may 2018-ci il təvəllüdlü X1 anası X2 yanında qalması, 11 may 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və alimentin tutulma müddətinin 21 fevral 2022-ci il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 22 may 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin rəisi R.Mustafayev tərəfindən MN2089024 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə əsasən ondan tələbkarın xeyrinə bir uşağının saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Daimi iş yeri və qazancı olmadığından aliment borcu yaranmışdır, aliment borcunu ödəməkdən imtina etmir, hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin rəisi R.Mustafayev məhkəmə iclasında izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1753/2022 nömrəli, 23 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 21 fevral 2022-ci il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Rəhimova (Məmmədova) Sevda Elman qızının xeyrinə ödənilməsi qət olunmuşdur. İcra vərəqəsi icra üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına 07 iyun 2022-ci il tarixdə daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Alimentin könüllü ödənilməsi üçün Şəxs qərar və bildiriş göndərilməsinə baxmayaraq o, təyin olunmuş aliment məbləğinin ödənilməsini tam təmin etməmişdır. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmaması Elektron İcra İnformasiya Sistemi vasitəsi ilə araşdırılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclunun izahatı alınmış və 22 sentyabr 2022-ci il tarixə ödənilməmiş qalan aliment borcunun ödənilməsi ondan tələb olunmuş, lakin borclu icra vərəqəsi üzrə 21 sentyabr 2022-ci il tarixə yaranmış aliment borcunun ödənilməsini təmin etməmişdir. Borclu Şəxs icra vərəqəsi üzrə ödənilməmiş qalan aliment borcunun ödənilməsini təmin etmədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə təqdim olunmuş və məhkəmənin 22 sentyabr 2022-ci il tarixli, 3(063)-274/2022 saylı qərarı ilə borclu Şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən azad olduqdan sonra borclu Şəxs müxtəlif vaxtlarda 2889 manat məbləğində alimentin ödənilməsini təmin etsə də, icra vərəqəsi üzrə 4638 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxs icra vərəqəsi üzrə yaranmış 4638 manat məbləğində aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Belə ki, Ucar rayon icra və probasiya şöbəsinin icraatında olmasına və aliment dərhal icra olunan icra sənədləri kateqoriyasına aid olmasına baxmayaraq alimenti tam şəkildə ödəməmişdir. Onun əməlində qərəzlilik müşahidə olunur. Bu səbəbdən də borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Hazırda tələbkar Zərərçəkmiş şəxs icra sənədinin tam icra edilməsini və aliment borcunun tam ödənilməsini, ödəmədiyi halda inzibati məsuliyyətə cəlb edilməsini tələb edir. İcra sənədi üzrə tələbkar-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərib Yasamal Rayon Məhkəməsinin e-2(004)-1753/2022 saylı, 23 may 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tərəfindən aliment borcunun 4638 manat təşkil etdiyini, aliment borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, borclu Şəxs son ödənişinin 2023cü ildə oktyabr ayında 300 manat etdiyini göstərmiş, borclunun tam ödəniş etmədiyi halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 22 may 2025-ci il, saat 16:50-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-226/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-226/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver