Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-230/2025 03.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, protokol tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X4 Bölməsindən daxil olmuş 11 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 30 noyabr 2024-cü il tarixdə saat 16:42 radələrində idarə etdiyi "Mercedes Benz" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman ünvan 1azisində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarətləri almışlar. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 bildirdi ki, Şəxs 30 noyabr 2024-cü il tarixdə saat 16:42 radələrində idarə etdiyi "Mercedes Benz" markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman ünvan 1azisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarətləri almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 30 noyabr 2024-cü il tarixdə, saat 16:42 radələrində idarə etdiyi "Mercedes Benz" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 1azisində hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı yanında sərnişin qismində əyləşmiş atası, Zərərçəkmiş şəxs2 və dayısı Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarətləri almışlar. Hazırda zərərçəkmiş şəxslərin ona qarşı hər-hansı şikayət və ya tələbləri yoxdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 30 noyabr 2024-cü il tarixdə, saat 16:42 radələrində qaynı Zərərçəkmiş şəxs3 ilə birlikdə sonuncuya məxsus, lakin, oğlu, Şəxs tərəfindən idarə olunan "Mercedes Benz" markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 1azisində hərəkətdə olan zaman oğlu Əli idarəetməni itirərək yoldan çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı o və qaynı Zərərçəkmiş şəxs3 da avtomobildə olduğundan yüngül bədən xəsarətləri almışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayəti və tələbi yoxdur (bu barədə yazılan ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, "Mercedes Benz" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur. Atası həmin avtomobili sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyindən ona da avtomobili sürə bilməyi üçün etibarnamə vermişdir. 30 noyabr 2024-cü il tarixdə, saat 16:42 radələrində yeznəsi Zərərçəkmiş şəxs2 və bacısı oğlu Şəxs ilə birlikdə (bu zaman avtomobili Şəxs idarə edirmiş) Kürdəmir rayonundan Ucar rayonuna gələn zaman ünvan 1azisində Şəxs qabağına anidən inək çıxdığından idarəetməni itirərək yoldan çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Şəxs nəqliyyat vasitəsini təxminən 70-80 km/saat sürətlə idarə edirdi və inəyin qarşılarına çıxdığını sonuncu 30 metr məsafədə gördüyündən avtomobili tez sola çəkmişdir. Bu zaman Şəxs idarə etdiyi avtomobil sürüşməyə başlamış və yoldan çıxaraq yolun kənarında olan qaz turbasına dəymişdir. Baş vermiş hadisə zamanı o xəsarət almasa da, qaynı və bacısı oğlu müxtəlif bədən xəsarətləri almışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayəti və tələbi yoxdur (bu barədə yazılan ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan BD222401 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “B1”, “B”, “C1”, “C”, dərəcəli vəsiqə 25 iyun 2034-cü il tarixədək etibarlıdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "Mercedes Benz" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2024-cü il tarixdən 20 yanvar 2025-ci il tarixədək Zərərçəkmiş şəxs3 etibarnaməli (sərəncam hüququ əsasında) idarəçiliyindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 10 dekabr 2024-cü il tarixli, 406, 407 və 408 saylı ekspert rəylərindən görünür ki, Şəxs bədənində aşkar edilmiş xəsarət sağ çiyin nahiyyəsinin sıyırığı yaraları küt alətin təsirindən əmələ gəlmişdir, 30 noyabr 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət sol alın-gicgah nahiyyəsinin əzilmiş yaraları küt alətin təsirindən əmələ gəlmişdir, 30 noyabr 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş, bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət sağ kürək nahiyyəsinin sıyırığı yaraları küt alətin təsirindən əmələ gəlmişdir, 30 noyabr 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İşdə olan 30 noyabr 2024-cü il tarixli, 254 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun 30 noyabr 2024-cü il tarixdə ünvan 1azisində baş vermiş yol-nəqliyyat hadisəsindən məlumatı var, ona dəymiş maddi ziyanla bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, Şəxs 30 noyabr 2024-cü il tarixdə, saat 16:42 radələrində idarə etdiyi "Mercedes Benz" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman ünvan 1azisində yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül bədən xəsarətləri yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslərlə barışması, onlara dəyən ziyanı ödəməsi və səmimi peşmanlığı sonuncunun məsuliyyətini yüngülləşdirən hallara aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-230/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-230/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver