Məhkəmə qərarları › İş №3(063)-233/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-233/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-233/2024 18.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs - Ucar RPŞ-nin DYPB-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Ucar rayonu, Bağırbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ qrup əlil, Ucar rayonu, Bağırbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 16 iyun 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 15 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Ucar rayonu, Qəzyan kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan dəymiş və nəticədə sürücünün sərxoş olub-olmaması yoxlanılarkən sonuncunun idarə etdiyi VAZ 21070 markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsin DYPB-nin nümayəndəsi X3 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 15 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Ucar rayonu, Qəzyan kəndi ərazisində toy məclisinə gedərkən mülkiyyətində olan VAZ 21070 markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, əməlindən peşman olmasının, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanın ödənilməsinin, İİ qrup əlil olmasının, eləcə də, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs MMC -yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş “Alcovisor-Jupiter X” markalı alkotester xüsusi texniki vasitəsinin köməyi ilə əldə edilmiş çıxarışdan görünür ki, Şəxs 0,522 % spirtli içkidən istifadə etməsi müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC-nin ARF-nın Ucar şöbəsinin baş mühəndisi vəzifəsini icra edən M.Zülfüqarovun iştirakı ilə tərtib edilmiş 20 iyun 2024-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan aşağıdakı qaydada və məbləğdə hesablanmışdır:

1. Dəmir dirək – 1 ədəd (6 metr) - 115 manat

2. FO-12 kabel-250 metr (250x0.81) – 202.50 manat

3. Qolçaq (FO-12) – 1 ədəd – 18 manat Cəmi: 335.50 manat İşdə olan AD 079844 saylı, 08 fevral 2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21070 markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Şəxs məxsusdur. İşdə olan 20 iyun 2022-ci il tarixdə verilmiş, BC 854807 saylı sürücülük vəsiqəsinin əsli və surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyaları əsasında sürücülük hüququ vardır. İşdə olan Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsi X2 tərəfindən Ucar RPŞ-yə ünvanlanmış 29 iyun 2024-cü il tarixli izahatından görünür ki, sonuncu təşkilata dəymiş maddi ziyan (335.5 manat) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ödənildiyindən sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlil kimi 352,09 manat əlilliyə görə müavinət alır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 333.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, İİ qrup əlil olması və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar