Məhkəmə qərarları › İş №3(063)-239/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-239/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-239/2023 18.10.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ucar RPŞ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində işləyən, Ucar rayonu, Qulabənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X14 Bölməsindən daxil olmuş 06 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 03 sentyabr 2023-cü il tarixdə, saat 16:40 radələrində, Ucar şəhəri, 20 yanvar küçəsi ilə Oğuz küçəsinin kəsişməsində “VAZ 21061” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 idarə etdiyi “Hyundai” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin YPX-nin inspektoru X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 03 sentyabr 2023-cü il tarixdə, saat 16:40 radələrində, Ucar şəhəri, 20 yanvar küçəsi ilə Oğuz küçəsinin kəsişməsində “VAZ 21061” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 idarə etdiyi “Hyundai” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 06 sentyabr 2023-cü il tarixdə İXP seriyalı, ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, “VAZ 21061” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X5 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə 60 (altmış) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hadisə ilə əlaqədar zəruri aparılmış araşdırma nəticəsində (tərtib edilmiş qüsur aktı, sxem və fotoşəkillər əsasında) Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. Avtomobil etibarnamə əsasında əri X8 tərəfindən idarə edilir. Sözügedən hadisə baş verən zaman o, avtomobildə olmamış, hadisədən sonra, bilmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində əri Cabir Nəbiyev həmin avtomobili idarə edərkən Ucar şəhəri, 20 Yanvar küçəsi ilə Oğuz küçəsinin kəsişən yerində olan işıqforun yaşıl işığına əsaslanaraq hərəkətini davam etdirmiş, lakin 20 Yanvar küçəsindən gələn nəqliyyat vasitəsi işıqforun qırmızı işığında dayanmalı olduğu halda hərkətini davam etdirərək ona məxsus “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar xəsarət alan olmamış, ona məxsus avtomobilə 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan dəymiş, dəyən ziyan Şəxs tərəfindən aradan qaldırılmış, barışıq əldə edilmiş, hazırda sonuncuya qarşı heç bir şikayəti və ya tələbi yoxdur (bu halı təsdiq edən ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 03 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Ucar Rayon Polis Şöbəsinin PPXnin polis nəfəri İbrahim Cabbarovdan (xidmət yoldaşından) sonuncuya məxsus “Vaz 2106” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün istəmiş, sonuncu isə öz növbəsində bundan imtina etməmiş və həmin nəqliyyat vasitəsini idarə etmək üçün ona vermişdir. O, həmin avtomobil ilə Ucar şəhəri, 20 Yanvar küçəsi ilə Oğuz küçəsinin kəsişən yerində yerləşən işıqforun qırmızı işığına diqqət etməyərək Oğuz küçəsində olan yola çıxmaq istəyərkən həmin küçədən gələn “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı avtomobildə özü tək olmuş, eyni zamanda, hər iki maşında sərnişin qismində heç kim olmamış, həmçinin hadisə zamanı xəsarət alan olmamışdır. Toqquşma nəticəsində “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobilə maddi ziyan dəymiş, dəyən ziyan tərəfindən aradan qaldırılmış və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Odur ki, əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirdi ki, Şəxs onun xidmət yoldaşıdır və aralarında mehriban, səmimi münasibətlər möcuddur. Sonuncu 03 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində ona məxsus “Vaz 2106” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün istəmiş, o isə öz növbəsində bundan imtina etməmiş və həmin nəqliyyat vasitəsini idarə etmək üçün sonuncuya vermişdir. Sözügedən hadisə baş verən zaman o, avtomobildə olmamış, hadisədən sonra, bilmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Şəxs həmin avtomobili idarə edərkən Ucar şəhəri, 20 Yanvar küçəsi ilə Oğuz küçəsinin kəsişən yerində yerləşən işıqforun qırmızı işığına diqqət etməyərək Oğuz küçəsində olan yola çıxmaq istəyərkən həmin küçədən gələn “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirdi ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikahdadırlar. 03 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində arvadı Zərərçəkmiş şəxs məxsus “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri, 20 Yanvar küçəsi ilə Oğuz küçəsinin kəsişən yerində olan işıqforun yaşıl işığına əsaslanaraq hərəkətini davam etdirmiş, lakin 20 Yanvar küçəsindən gələn “Vaz 2106” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıqforun qırmızı işığında dayanmalı olduğu halda, hərkətini davam etdirərək ona məxsus “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobilə maddi ziyan dəymiş, dəyən ziyan Şəxs tərəfindən aradan qaldırılmışdır. İş materiallarında olan X2 məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, X2 məxsus “Vaz 21061” markalı, **-XF- *** dövlət qeydiyyat nişanlı avtomobil 23 may 2023-cü il tarixdən 05 oktyabr 2031-ci il tarixədək X1 etibarnaməli idarəçiliyindədir. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, luna məxsus “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan Ucar RPŞ-nin YPX-nin inspektoru X7 tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək sonuncuya 60 (altmış) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 18 dekabr 2003-cü il tarixli, AZ –İ 026543 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 arasında nikah rəsmiləşdirilmiş ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan sürücülərin sərxoşluq müayinəsinin müəyyən edilməsi barədə protokollaşdırma sənədlərindən görünür ki, heç bir sürücüdə sərxoşluq müəyyən edilməmişdir. İş materiallarında olan 03 sentyabr 2023-cü il tarixli müayinə aktından, yol nəqliyyat hadisəsini özündə əks etdirən sxemdən görünür ki, “Hundai Accent” markalı, ** NR *** dövlət qeydiyyatlı nişanlı avtomobilin sağ qabaq, “Vaz 2106” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə sol qabaq hissələri toqquşma nəticəsində zədələnmişdir (eyni zamanda, bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır). Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı Zərərçəkmiş şəxs şikayətinin olmaması, habelə zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, eyni zamanda, sonuncunun heç bir şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar