Məhkəmə qərarları › İş №3(063)-240/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-240/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-240/2023 19.10.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X2 iştirakları ilə xx xxxxx 1989-cu il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, "xxxx" MMC-də nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, H.Əliyev prospektində ünvansız nalayiq ifadələr işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, daha sonra, sonuncunu Ucar RPŞ-yə dəvət edən polis əməkdaşlarının qanuni tələbinə də etinasızlıq və hörmətsizlik nümayiş etdirərək dəvətdən imtina etməklə nalayiq ifadələr işlətməyə davam etmiş, polis əməkdaşlarının səyi nəticəsində RPŞ-yə gətirilən Şəxs şöbənin həyətində ucadan nalayiq ifadələr işlədərək təkrarən tabesizlik göstərmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 19 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar RPŞ-nin PPXB-nin komandiri Alı Həsənzadə tərəfindən tərtib edilmiş raport icraata daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 19 oktyabr 2023-cü tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, H.Əliyev prospektində olarkən, Natiq adlı şəxsin ona pul borcu olduğundan sonunucu ilə telefonda mübahisə etmişlər və yaranmış mübahisə zamanı əsəblərini cilovlaya bilmədiyindən uca səslə təhqiramiz ifadələr işlətmişdir. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etsələr də, o, bu müraciətə məhəl qoymayaraq etiraz etmiş, daha sonra polislərin onlarla birlikdə Ucar RPŞ-yə getməli olduğunu bildirdiklərinə də sayğısız yanaşmışdır. Ucar RPŞ-nin qarşısına çatdıqdan sonra polis əməkdaşlarının içəri girmə tələbi ilə razılaşmayaraq qaçıb hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməmiş, daha sonra, “siz kimsiz, siz mənə heç nə edə bilməzsiniz, mən dövlət işçisiyəm” deyə bir daha uca səslə qışqırmış və sonradan polis əmədaşlarının səyi nəticəsində RPŞyə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin PPXB-nin komandiri X3 izahatında göstərdi ki, 19 oktyabr 2023-cü tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, H.Əliyev prospektində PPXB-nin polis nəfəri X1 ilə xidmətdə olarkən bir nəfər şəxsin telefonla uca səslə danışığında nalayiq ifadələr işlətdiyini görmüşlər. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, iradlarını bildirdikdə, sonuncu onlara “gedin işinizlə məşğul olun” deyə cavab vermişdir. Bundan sonra, həmin şəxsi barəsində qanuna müvafiq tədbir görülməsi üçün Ucar RPŞ-yə dəvət etmişlər. Lakin Şəxs qanuni dəvətə də məhəl qoymamış və nəticədə onların təkidi ilə Ucar RPŞ-yə gətirilmişdir. RPŞ-yə çatan zaman polis əməkdaşlarının içəri girmə tələbi ilə razılaşmayaraq qaçıb hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməmiş, daha sonra, “siz kimsiz, siz mənə heç nə edə bilməzsiniz, mən dövlət işçisiyəm” deyə bir daha uca səslə qışqırmış və sonradan RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri X1 izahatında göstərdi ki, Ucar şəhəri, H.Əliyev prospektində Ucar RPŞ-nin PPXB-nin komandiri X3 ilə xidmətdə olarkən bir nəfər şəxsin telefonla uca səslə danışığında nalayiq ifadələr işlətdiyini görmüşlər. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, iradlarını bildirdikdə, sonuncu onlara “gedin işinizlə məşğul olun” deyə cavab vermişdir. Bundan sonra, həmin şəxsi barəsində qanuna müvafiq tədbir görülməsi üçün Ucar RPŞyə dəvət etmişlər. Lakin Şəxs qanuni dəvətə də məhəl qoymamış və nəticədə onların təkidi ilə Ucar RPŞ-yə gətirilmişdir. RPŞ-yə çatan zaman polis əməkdaşlarının içəri girmə tələbi ilə razılaşmayaraq qaçıb hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməmiş, daha sonra, “siz kimsiz, siz mənə heç nə edə bilməzsiniz, mən dövlət işçisiyəm” deyə bir daha uca səslə qışqırmış və sonradan RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan sənədlərdən, o cümlədən tərtib edilmiş raportdan görünür ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, H.Əliyev prospektində ünvansız nalayiq ifadələr işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. İşdə olan 19 oktyabr 2023-cü il tarixli, AZA 020683 saylı inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 12:40-da inzibati qaydada tutulmuşdur. İşdə olan 19 oktyabr 2023-cü il tarixli, AZA 020683 saylı şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan edilməyən əşya və ya predmet aşkar edilməmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də dövlət qurumunda işləyən bir şəxs olmasını, bundan imtiyaz olaraq süni şəkildə istifadə etməyə cəhd etməsini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, habelə hüquqazidd hərəkətlərini davam etdirərək, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddi həcmində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 12:40 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 19 oktyabr 2023-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar