Məhkəmə qərarları › İş №3(063)-241/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-241/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-241/2023 19.10.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Ucar rayonunun Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəliyyəti ilə məşğul olan, Ucar rayonunun Lək kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar rayonu, Lək kəndinin sakini X2 müraciəti ilə əlaqədar araşdırılan materialın icrası zərurəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılsa da, orada da ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 19 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar RPŞ-nin TB-nin baş təhqiqatçısı Nahid İbrahimov tərəfindən tərtib edilmiş raport əsasında Şəxs Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 18 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində iki nəfər polis əməkdaşları (Rüfət Məmmədov və Ramil Abdullayev) Şəxs yaxınlaşaraq, onu qeyd edilən məsələ ilə bağlı RPŞ-yə dəvət etsələr də, sonuncu ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra şöbəyə aparılsa da, orada da ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, onun qonşusu X4 ilə giriş-çıxış qapısı barədə mübahisələri vardır. Sonuncu bununla bağlı DİN-in 102 xidmətinə müraciət etmiş və həmin müraciət əsasında 18 oktyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində yaşadığı kənddə (Ucar rayonu, Lək kəndində) olarkən polis əməkdaşları ona yaxınlaşmış və sözügedən araşdırma ilə bağlı RPŞ-yə dəvət etmişlər. O, bu hala qəzəblənərək imtina etmiş, aqressivlik nümayiş etdirmiş, daha sonra polis əməkdaşları tərəfindən şöbəyə aparılarkən də yenidən tabesizlik göstərmişdir. Lakin baş verənlərdən dərin sarsıntı hissi keçirdiyinin, düzgün hərəkət etmədiyinin, əməlindən səmimi peşmançılıq hissi keçirdiyinin və himayəsində azyaşlı övladlarının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, Ucar RPŞ-nin TB-nin baş təhqiqatçısı Nahid İbrahimov tərəfindən tərtib edilmiş raport əsasında Şəxs Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yarandığından 18 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində o və digər polis əməkdaşı X9 Gülmalıyevə yaxınlaşaraq, onu qeyd edilən məsələ ilə bağlı RPŞ-yə dəvət etsələr də, sonuncu ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra şöbəyə aparılsa da, orada da ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, Ucar RPŞ-nin TB-nin baş təhqiqatçısı Nahid İbrahimov tərəfindən tərtib edilmiş raport əsasında Şəxs Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yarandığından 18 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində o və digər polis əməkdaşı X12 Gülmalıyevə yaxınlaşaraq, onu qeyd edilən məsələ ilə bağlı RPŞ-yə dəvət etsələr də, sonuncu ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra şöbəyə aparılsa da, orada da ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar rayonu, Lək kəndinin sakini X2 müraciəti ilə əlaqədar araşdırılan materialın icrası zərurətindən əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra şöbəyə aparılsa da, orada da ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılmsaı zamanı Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məsuliyyəti yüngülləşirən halların olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddi həcmində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 13:00 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 18 oktyabr 2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar