Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-242/2023 23.10.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1973-cü il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X6 Bölməsindən daxil olmuş 14 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 23 iyun 2023cü il tarixdə, saat 20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ucar rayonu, Qazyan kəndi ərazisində (yanacaq doldurma məntəqəsinin yaxınlığında), “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs 23 iyun 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobillə Ucar-Zərdab yolunun Qazyan kəndi hissəsindən keçən hissəsində yerləşən yanacaq doldurma məntəqəsindən üzü Ucar istiqamətində hərəkətə başlayarkən əks istiqamətdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 14 avqust 2023-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə ilə əlaqədar aparılmış zəruri araşdırma nəticəsində (tərtib edilmiş qüsur aktı, ekspert rəyləri və sxem əsasında) Zərərçəkmiş şəxs maddi ziyan dəymiş, eyni zamanda sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 23 iyun 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar-Zərdab yolunun Qazyan kəndi hissəsindən keçən hissəsində yerləşən yanacaq doldurma məntəqəsindən üzü Zərdab istiqamətində hərəkətdə olarkən əks istiqamətdən dönmə manevri edərək gələn Şəxs idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobili görmüş, daha sonra, uzaq işıqlarını yandırıb söndürməklə xəbərdarlıq etməsinə baxmayaraq, qarşıdan gələn avtomobil (Şəxs idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı) hərəkətini davam etdirmiş, belə olan halda, o, əyləci sıxsa da, artıq gec olmuş və nəticədə sözügedən avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra, avtomobildə olan anası Mehdiyeva Hicran Ələsgər qızı və yeznəsi X2 avtomobildən düşmüşlər. Anası Hicran Mehdiyevanın xəsarət aldığını gördükdə orada olan həmkəndlisindən anasını xətəxanaya aparmasını xahiş etmişdir. Şəxs idarə etdiyi avtomobildən isə dörd nəfər düşmüşdür. Onlardan birinin bədəni üzərində qan ləkələri olmuş, lakin həmin şəxs dərhal qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra, hadisə yerinə gələn polis əməkdaşları onu sərxoşluq vəziyyətinin müayinəsi və eyni zamanda, bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün xəstəxanaya aparmışlar. Müayinə nəticəsində onun sərxoş olmadığı, bədənində isə xəsarətlərin dərəcəsinin təyin edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda idarə etdiyi avtomobilə də maddi ziyan dəymişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 332.4-cü maddəsi ilə qismən təqsirli bilərək izahatında bildirdi ki, o, 23 iyun 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobillə Ucar-Zərdab yolunun Qazyan kəndi hissəsindən keçən hissəsində yerləşən yanacaq doldurma məntəqəsindən dönmə manevri edərək üzü Ucar istiqamətində hərəkətə başlayarkən əks istiqamətdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili görmüş, lakin həmin an qarşıdan gələn avtomobil surətlə hərəkətdə olduğundan o, idarəetməni itirərək qarşıdan gələn avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Onun idarə etdiyi avtomobildə həmkəndliləri olmuş, hadisədən dərhal sonra, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən sonuncunun anasının (sonradan anası olduğunu bilmiş) düşdüyünü görmüşdür. Hadisə zamanı avtomobillərə maddi ziyan dəymiş, özü yüngül dərəcəli bədən xəsarəti almış, lakin Zərərçəkmiş şəxs isə bədən xəsarətinin dərəcəsi təyin edilməmişdir. Odur ki, sürücülük hüququ olmadan avtomobil idarə etdiyi ilə bağlı özünü təqsirli saydığını, əməlindən peşman olduğunun, bir daha bu cür pozuntulara yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 23 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış materiallarla cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 13 may 2013-cü il tarixli, AB 521360 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən, eləcə də, portaldan çıxarışdan görünür ki, “B” dərəcəli vəsiqə 13 may 2023-cü il tarixədək etibarlıdır. İşdə olan 21 yanvar 2021-ci il tarixli, AE 036845 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs mülkiyyət hüququ əsasında məxsusdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 25 iyun 2023-cü il tarixli, 257 saylı ekspert rəyindən görünür ki, “Vət. Şəxs bədənində aşkar edilmiş xəsarət gicgah nahiyəsinin cərrahi tikişə ehtiyac olan əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, 23 iyun 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş, bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir”. İşdə olan 23 iyun 2023-cü il tarixli, 177 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 25 iyun 2023-cü il tarixli, 254 saylı ekspert rəyindən görünür ki, “Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ almacıq nahiyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, 23 iyun 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir”. İşdə olan 23 iyun 2023-cü il tarixli, 178 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı iş üzrə işin faktiki halları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs dəyən maddi ziyanı ödəməmiş və nəticədə sonuncu Şəxs şikayətçi olmuşdur. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənilməməsini və nəticədə sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olmasını nəzərə alaraq Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 23 oktyabr 2023-cü il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-242/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-242/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver