Məhkəmə qərarları › İş №3(063)-243/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-243/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-243/2023 03.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Vətən müharibəsi iştirakçısı olan(İİ Qarabağ döyüşlərində iştirak etmiş), Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X5 Bölməsindən daxil olmuş 14 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 23 iyun 2023cü il tarixdə, saat 21 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində (yanacaq doldurma məntəqəsinin yaxınlığında), “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 23 iyun 2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar-Zərdab yolunun Qazyan kəndi hissəsindən keçən hissəsində yerləşən yanacaq doldurma məntəqəsindən üzü Zərdab istiqamətində təxminən 80 km/saat surətlə hərəkətdə olarkən əks istiqamətdən dönmə manevri edərək gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobili görmüş, daha sonra, uzaq işıqlarını yandırıb söndürməklə xəbərdarlıq etməsinə baxmayaraq, qarşıdan gələn avtomobil (Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı) hərəkətini davam etdirmiş, belə olan halda, o, əyləci sıxsa da, artıq gec olmuş və nəticədə sözügedən avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra, avtomobildə olan anası Mehdiyeva Hicran Ələsgər qızı və yeznəsi X2 avtomobildən düşmüşlər. Anası Hicran Mehdiyevanın xəsarət aldığını gördükdə orada olan həmkəndlisindən anasını xətəxanaya aparmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən isə dörd nəfər düşmüşdür. Onlardan birinin bədəni üzərində qan ləkələri olmuş, lakin həmin şəxs dərhal qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra, hadisə yerinə gələn polis əməkdaşları onu sərxoşluq vəziyyətinin müayinəsi və eyni zamanda, bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün xəstəxanaya aparmışlar. Müayinə nəticəsində onun sərxoş olmadığı, bədənində isə xəsarətlərin dərəcəsinin təyin edilmədiyi , Zərərçəkmiş şəxs isə bədən xəsarəti alması müəyyən edilmişdir. Eyni zamanda, idarə etdiyi avtomobilə də maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 23 iyun 2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobillə Ucar-Zərdab yolunun Qazyan kəndi hissəsindən keçən hissəsində yerləşən yanacaq doldurma məntəqəsindən dönmə manevri edərək üzü Ucar istiqamətində hərəkətə başlayarkən əks istiqamətdən gələn Şəxs idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili görmüş, lakin həmin an qarşıdan gələn avtomobil surətlə hərəkətdə olduğundan (təxmin etdiyi qədəri ilə 120 km/saat surətlə) o, idarəetməni itirərək qarşıdan gələn avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Onun idarə etdiyi avtomobildə həmkəndliləri olmuş, hadisədən dərhal sonra, Şəxs idarə etdiyi avtomobildən sonuncunun anasının (sonradan anası olduğunu bilmiş) düşdüyünü görmüşdür. Hadisə zamanı avtomobillərə maddi ziyan dəymiş, özü yüngül dərəcəli bədən xəsarəti almış, lakin Şəxs isə bədən xəsarətinin dərəcəsi təyin edilməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (bununla bağlı yazılı ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 23 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış materiallarla cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 13 may 2013-cü il tarixli, AB 521360 saylı Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsinin surətindən, eləcə də, portaldan çıxarışdan görünür ki, “B” dərəcəli vəsiqə 13 may 2023-cü il tarixədək etibarlıdır. İşdə olan 21 yanvar 2021-ci il tarixli, AE 036845 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21063” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil Şəxs mülkiyyət hüququ əsasında məxsusdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 25 iyun 2023-cü il tarixli, 257 saylı ekspert rəyindən görünür ki, “Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət gicgah nahiyəsinin cərrahi tikişə ehtiyac olan əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, 23 iyun 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş, bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir”. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 25 iyun 2023-cü il tarixli, 254 saylı ekspert rəyindən görünür ki, “Vət. Şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ almacıq nahiyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, 23 iyun 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir”. İşdə olan 23 iyun 2023-cü il tarixli, 178 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, Şəxs 23 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində (yanacaq doldurma məntəqəsinin yaxınlığında) idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn VAZ 2107” markalı, E561MY197 Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobili vurması, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarətləri yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq bu halı şəxsin məsuliyyətdən yayınması cəhdi kimi nəzərə alır. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, yaşı, Vətən müharibəsi iştirakçısı olması, (İİ Qarabağ döyüşlərində iştirak etmiş) məsuliyyətini yüngülləşdirən hallara aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 300 (üç yüz) manat cərimə təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar