Məhkəmə qərarları › İş №3(063)-244/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-244/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-244/2025 25.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, X1, Qərar qəbul etmiş vəzifəli şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin X14 Bölməsinin 12 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin X14 Bölməsinin 12 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, barəsində Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X8 tərəfindən tərtib olunmuş 16 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 12 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmaqla hüquqa ziddir. Belə ki, 12 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona 22 may 2025-ci il tarixdə təqdim edilmişdir. Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X8 tərəfindən tərtib olunmuş 16 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 12 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun 16 dekabr 2024-cü il tarixdə Ucar şəhəri, Sadıq Qarayev 13 küçəsi ərazisində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta hadisəsi törətməsi göstərilsə də, o, idarə etdiyi “X15” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasını pozmamış və traktoru ötüb keçməmişdir. Əgər belə bir qayda pozuntusu iddia edilirsə, bu zaman video görüntülərlə onun həmin vaxt orada iştirakı sübuta yetirilməli və qanuna uyğun tədbir görülməlidir. Lakin YPX-nin əməkdaşı bu barədə heç bir video təqdim etməmişdir. Təqdim olunan şəkildə sübut etmir ki, o həmin vaxt traktoru ötüb keçmişdir. Bütün bunlara baxmayaraq, polis əməkaşı qanunsuz şəlikdə ona cərimə protokolu tərtib etmişdir. Bu səbəbdən video görüntülərlə onun iştirakı sübut olunmadığı üçün inzibati xəta haqqında qəbul edilmiş 12 mart 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməlidir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin DYPB-nin 12 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qərar qəbul etmiş vəzifəli şəxs X6 tərəfindən təqdim edilmiş video görüntüdə həm səs, həm də görüntü öz əksini tapır. Belə ki, onun traktor tipli nəqliyyat vasitəsini ötmə manevri etməsi aydın şəkildə görünməsə də, lakin o, bu halı inkar etmir, belə ki, ona saxla işarəsi verən yol patrul xidmətinin əməkdaşı Mövsüm Hacıyev ona yaxınlaşaraq törətdiyi inzibati xətanı izah etmiş və o, traktoru ötmə manevri etdiyini bildirmiş (bu hal səs yazısından da bəllidir), lakin hesab etmişdir ki, traktor 20-30 km/saat sürətlə hərəkət etdiyindən onun traktoru ötməsi qanunvericiliyin tələblərinə zidd deyildir. Ona görə də RPŞ tərəfindən ona inzibati araşdırma məqsədilə ünvanlanan müraciəti cavabsız qoymuş, oraya gedərək hər hansı fikir bildirməkdən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Odur ki, hesab edir ki, barəsində qəbul edilmiş qərar qərəzli olmaqla qanunsuzdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin DYPB-nin 12 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş vəzifəli şəxs X6 şikayəti qəbul etməyərək, bildirdi ki, şikayətçinin iştirakı ilə tərəfindən təqdim edilən video görüntüyə keçirilmiş baxışdan bəlli olur ki, X7 16 dekabr 2024-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə manevri etmiş və bu hal yol patrul xidmətinin əməkdaşı Mövsüm Hacıyev tərəfindən aşkar edilməklə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim edilmiş video görüntüdən görünür ki, yol patrul xidmətinin əməkdaşı Mövsüm X2 idarə etdiyi ** KF *** dövlət nömrə nişanlı, “X15” markalı avtomobilə “saxla” işarəsi verir, sonuncu avtomobili saxlayandan sonra, əməkdaş sözügedən avtomobilə yaxınlaşaraq özünü təqdim etməklə törədilən inzibati xətanın mahiyyətini sürücüyə izah edir. Vahid Əliyev traktor avtomobilini ötmə manevri etdiyini inkar etməməklə, bu halın qanunverciliklə qadağan olunmadığını bildirir. Yol patrul xidmətinin əməkdaşı Mövsüm Hacıyev qanunvericiliyin tələb etdiyi tərzdə inzibati xəta haqqında protokol tərtib etməklə, sonuncuya qəbul ediləcək qərardan narazı olacağı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnu izah edir. Əlavə olaraq bildirdi ki, (şikayətçi özü də bu halı məhkəmə iclasında təsdiq etdi) tərəfindən inzibati qaydada araşdırma aparılması üçün Vahid Əliyev şöbəyə dəvət edilmiş, lakin sonuncu şöbəyə gəlməkdən imtina etmişdir. Belə olan təqdirdə tərəfindən X7 barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar tam əsaslıdır, odur ki, şikayətin təmin edilməməsini və qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X8 tərəfindən 16 dekabr 2024-cü il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 12 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərara əsasən X7 16 dekabr 2024-cü il tarixdə, saat 10:44-də, “X15” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ucar şəhəri, Sadıq Qarayev 13 küçəsi ərazisində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X8 tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞnin inzibati təcrübə üzrə baş inspektoru X6 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında 12 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X7 16 dekabr 2024-cü il tarixdə, saat 10:44-də, “X15” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ucar şəhəri, Sadıq Qarayev 13 küçəsi ərazisində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, Vahid Əliyev tərəfindən yol verilmiş qayda pozuntusunu özündə əks etdirən video görüntüyə elektron məhkəmə informasiya sisteminin yaratdığı imkanlar çərçivəsində tərəflərin iştirakları ilə baxış keçirilmiş, baxış nəticəsində 16 dekabr 2024-cü il tarixdə, Ucar şəhəri, Sadiq Qarayev, 13-də X7 idarə etdiyi “X15” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, Ucar RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X8 xidmətdə olduğu patrul avtomobili ilə Vahid Əliyevin idarə etdiyi avtomobilə “saxla” işarəsi vermiş, sonuncu avtomobili saxlamışdır. RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru Mövsüm Hacıyev sürücü Vahid Əliyevə yaxınlaşaraq özünü təqdim etmiş və törədilən inzibati xətanın mahiyyətini sürücüyə izah etmişdir. Vahid Əliyev traktor avtomobilini ötmə manevri etdiyini inkar etməməklə, bu halın qanunverciliklə qadağan olunmadığını, yəni traktorun 20-30 km/saat sürətlə hərəkət edəcəyi təqdirdə edilmiş ötmə manevrinin qayda pozuntusu olmadığını bildirmiş, lakin istinad etdiyi halı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir (bu hal məhkəmə iclası zamanı Vahid Əliyevin verdiyi izahatı ilə də öz təsdiqini tapır). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3 16 dekabr 2024-cü il tarixdə, saat 10:44-də idarə etdiyi “X15” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ucar şəhəri, Sadıq Qarayev 13 küçəsi ərazisində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, buna görə barəsində müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin X14 Bölməsinin 12 mart 2025ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar RPŞ-nin X14 Bölməsinin 12 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar