Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-251/2024 06.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxx 1982-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, H.Əliyev prospekti, ev 135, mənzil 10-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(063)-26/2024 nömrəli icra sənədinə əsasən borclu Şəxs 09 iyun 2023-cü ildən başlayaraq 17 noyabr 2012-ci ildə doğulmuş X5 və 18 iyul 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra üçün 09 fevral 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilərilmiş, həmçinin borclu şöbəyə dəvət edilmiş, hüquqları, vəzifələri və icranı təmin etmədiyi halda daşıdığı məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan gəlirlər aşkar edilməsə də, birgə (ümumi) mülkiyyətdə olmaqla ünvan 1 ünvanında yerləşən **********16-10301 reyestr nömrəli fərdi yaşayış evi X1 adınadır. Lakin fərdi yaşayış evinin yerləşdiyi 0,0190 ha torpaq sahəsi 1/8 hissədə birgə (ümumi) mülkiyyətdədir. Şəxs payına düşən 0,0023 ha torpaq sahəsi vardır. Borclu tələbin könüllü icrası haqqında bidirişi almasına baxmayaraq, icra sənədi üzrə aliment tələbinin icrasını təmin etməmiş, bu istiqamətdə heç bir təşəbbüs göstərməmişdir. Borclu Ucar rayon İcra və Probasiya Şöbəsinə 07 mart 2024-cü il və 29 aprel 2024-cü il tarixlərdə çağırılmasına baxmayaraq, çağırışlara gəlməkdən üzürlü səbəb olmadan yayınmışdır. Qeyd edilənləri, borclunun tələbin icrasından və icra məmurunun çağırışlarından yayındığını nəzərə alaraq 30 aprel 2024-cü il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmiş, icra edilməsi üçün qanunvericiliyin tələbinə əsasən borcluya göndərilmiş, lakin borclu yenə də şöbəyə gəlməmişdir. Ucar Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 8(063)-19/2024 saylı qərardadına əsasən borclunun Ucar rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Ucar rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 8(063)-14/2024 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ucar RPŞ-nin əməkdaşları tərəfindən borclu 06 avqust 2024-ci il tarixdə Ucra rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmiş, izahatında borclu fərdi qaydada sürücü işləməsini və aylıq 300-400 manat qazancının olduğunu bildirmiş, tərəfindən tələbi icra etməməsinin hər hansı üzürlü səbəbinin olduğunu əsaslandırmamışdır. Ucar Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(063)-26/2024 saylı icra sənədi üzrə borclu Şəxs 06 avqust 2024-cü il tarixə qədər tələbkara 4200 manat ödənilməmiş aliment borcu vardır. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından yayınır. Beləliklə, Ucar Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(008)-26/2024 saylı icra sənədini hazırkı vaxtadək icra etməmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 4200 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Bakı- Ucar və Ucar-Bakı avtomagistralında taksi fəaliyyəti ilə məşğuldur. Belə ki, aylıq qazancı müntəzəm olmasa da, təxminən 300-400 manat aralığında gəlir əldə edir. Sözügedən icra sənədindən məlumatlıdır. Aliment ödənişinin hazırkı vaxtadək ödənilməmə səbəbi isə maddi imkanının olmaması, idarə etdiyi avtomobildə yaranmış nasazlıqla bağlı əlavə xərclərə düşməsi və bunlardan əlavə özünü maddi cəhətdən təmin etmək üçün zəruri vəsaitə malik olmaması olmuşdur (bu halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməsə də). Lakin təxminən 2 və ya 3 günə aliment borcundan ödənişlər etməyə başlayacaqdır. Odur ki, göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb etmiş, əks təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(008)-26/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 09 iyun 2023cü ildən başlayaraq 17 noyabr 2012-ci ildə doğulmuş X5 və 18 iyul 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarları qəbul olunmuşdur. Qeyd edilən icra sənədinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı aşkar edilməsə də, ümumi birgə mülkiyyətdə olmaqla ünvan 1 ünvanında yerləşən **********16-10301 reyestr nömrəli fərdi yaşayış evi X1 adınadır. Lakin fərdi yaşayış evinin yerləşdiyi 0,0190 ha torpaq sahəsi 1/8 hissədə birgə (ümumi) mülkiyyətdədir. Şəxs payına düşən 0,0023 ha torpaq sahəsi vardır. 06 avqust 2024-cü il tarixdə Şəxs olduğu yer müəyyən edilərək Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İcra sənədinin icrası zamanı icra məmuru tərəfindən əldə edilmiş məlumatlar əsasında, eləcə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə ünvan 1 ünvanında yerləşən **********16-10301 reyestr nömrəli fərdi yaşayış evi X1 adına olması müəyyən edilmişdir. Lakin həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0190 ha torpaq sahəsi 1/8 hissədə birgə (ümumi) mülkiyyətdədir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs payına düşən 0,0023 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, 05 iyun 2022-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”nın 1,2 və 3-cü bəndlərinin təsir dairəsinə aid edildiyi üçün tələbin qeyd edilən torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə ödənişlərin olmamasını, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, icra məmurunun çağırışlarına qərəzli olaraq gəlməməsini və bununla da barəsində məhkəmənin qərardadı ilə məcburi qaydada gətirilmə tətbiq edilməsini, müəyyən müddətdə icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 06 avqust 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-251/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-251/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver