Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-253/2023 06.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin polis sahə rəisi X4 iştirakları ilə, xx xxxxxxx 1971-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (əvvəlki qaydada İİ dərəcə əlilliyi olan şəxs), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, A.Səhhət küçəsində ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, qeyd olunan ərazidə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 06 noyabr 2023cü il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar RPŞ-nin İTB-nin sahə rəisi Feyruz Abdullayev tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, A.Səhhət küçəsində yerləşən “Məkan” çay evində polis əməkdaşları tərəfindən ona qapalı məkanda siqaret çəkməyin qanunsuz olduğu və bu hala görə inzibati qaydada məsuliyyət daşıdığı izah edilərkən, sonuncu öz növbəsində polis əməkdaşlarına ünvansız nalayiq ifadələr işlətməklə, səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokollar tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, adəti üzrə Ucar şəhərinin A.Səhhət küçəsində yerləşən “Məkan” çay evində təklikdə ayrıca kabinetdə oturaraq istirahət edirmiş. 06 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində qeyd edilən məkanda həmin kabinetdə tək olaraq oturub siqarət çəkərkən polis əməkdaşları ona yaxınlaşmışlar və qapalı məkanda siqaret çəkməyin qanunsuz olduğu və bu hala görə inzibati qaydada məsuliyyət daşıdığı izah edilərkən, sonuncu öz növbəsində “qanun ancaq kasıblar üçündür” demiş və özünün bu əsasa görə məsuliyyət daşıdığını dərk etmişdir. Lakin, protokolda qeyd edilən pozuntularla bağlı, heç bir qanunsuz hərəkət etməmiş, nalayiq ifadələr işlətməmiş, eyni zamanda, polisin göstərişinə tabesizlik göstərməmişdir. Hesab edir ki, barəsində aparılan inzibati araşdırma qərəzli xarakter daşıyır. Əlavə olaraq onu da qeyd etdi ki, həmin zaman ümumi zalda təxminən 3-5 nəfər kənar şəxslər də olmuşdur (orada çay içən şəxsləri nəzərdə tutur). Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Ucar RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 06 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində polis nəfəri X1 ilə Ucar şəhərinin A.Səhhət küçəsində yerləşən “Məkan” çay evində reyd keçirən zaman əvvəllər tanımadıqları bir şəxsin qapalı məkanda siqaret çəkdiyini görmüşlər. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, etdiyi hərəkətin inzibati xəta olduğunu bildirsələr də, şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək, siqaret çəkməyə davam etmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, həmin zaman ümumi zalda təxminən 3-5 nəfər kənar şəxslər də olmuşdur (orada çay içən şəxsləri nəzərdə tutur). Bundan sonra, onlar yenidən həmin şəxsə ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirsələr də, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, onu Ucar RPŞyə apararaq, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən şahid, Ucar RPŞ-nin İTB-nin polis nəfəri X1 izahatında göstərdi ki, 06 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində polis sahə rəisi Feyruz Abdullayev ilə Ucar şəhərinin A.Səhhət küçəsində yerləşən “Məkan” çay evində reyd keçirən zaman bir nəfər şəxsin qapalı məkanda siqaret çəkdiyini görmüşlər. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, etdiyi hərəkətin inzibati xəta olduğunu bildirsələr də, şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək, siqaret çəkməyə davam etmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, həmin zaman ümumi zalda təxminən 3- 5 nəfər kənar şəxslər də olmuşdur (orada çay içən şəxsləri nəzərdə tutur). Bundan sonra, onlar yenidən həmin şəxsə ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirsələr də, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. İşdə olan Ucar RPŞ-nin İTB-nin sahə rəisi Feyruz Abdullayevin 06 noyabr 2023-cü il tarixli raportunun surətindən, eləcə də digər mötəbər sənədlərdən görünür ki, Şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Ucar şəhəri, A.Səhhət küçəsində ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, qeyd olunan ərazidə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (əvvəlki qaydada İİ dərəcə əlilliyi olan şəxs) əlilliyi müəyyən edilməklə 327.21 manat pensiya alır. İşdə olan 06 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) manat inzibati cərimə tətbiq edilmişdir (sözügedən qərar qanuni qüvvəsini almamışdır). İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasına görə əlilliyinin müəyyən edilməsi, yaşı və ailə vəziyyəti onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılması zamanı Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsi halına tənqidi yanaşılmalı və bu hal sonuncunun məsuliyyətdən yayınma məqsədi güddüyü kimi qiymətləndirilməlidir. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlində ağırlaşdıran halın olmaması ilə yanaşı, orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasına görə əlilliyinin müəyyən edilməsi kimi əməlini yüngülləşdirən halın olmasını, habelə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin törətdiyi xəta əməlində idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, o cümlədən bu kateqoriyadan olan şəxslərə inzibati həbs tətbiq edilə bilmədiyindən, onun İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, ona 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-253/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-253/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver