Məhkəmə qərarları › İş №3(063)-253/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-253/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-253/2025 03.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xətaya dair qərardan verdiyi şikayətinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xətaya dair qərardan verdiyi şikayəti daxil olmuşdur. O, şikayətində 06 mart 2025-ci il tarixli, MN1795622 nömrəli qərarın ləğv edilməsinə, ona qarşı tətbiq edilmiş inzibati xətaya dair tətbirin hüquqsuz hesab edilməsini, ədalətli və şəffaf araşdırmanın aparılmasına qərar verilməsini xahiş etsə də şikayətə barəsində tərtib edilmiş 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əlavə etməmişdir. Şikayətə barəsində tərtib edilmiş 06 mart 2025-ci il tarixli, MN1795622 nömrəli qərarın və 20 fevral 2025-ci il tarixli, MN1217918 nömrəli inzibati xəta haqqında protokolun kserosurətini əlavə etmişdir. Bundan əlavə, qeyd edilən qərarın və protokolun kserosurətləri aydın oxunaqlı deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd olunan inzibati xəta haqqında qanunvericiliyinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Şikayətdən görünür ki, A.Məmmədov qərardan şikayət vermiş, şikayətə qərarın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əlavə etməmişdir. Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, şikayət qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən şikayət və əlavə edilmiş sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xətaya dair qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər ona qaytarılsın. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar