Məhkəmə qərarları › İş №3(063)-258/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-258/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-258/2025 05.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xətaya dair qərardan verdiyi şikayətinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xətaya dair qərardan verdiyi şikayəti daxil olmuşdur. O, şikayətində Ucar Rayon Polis Şöbəsinin rəis müavini X3 tərəfindən verilmiş MN ******* nömrəli qərarının qanunsuz və əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Hesab edirəm ki, şikayət əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Belə ki, şikayətin giriş ,məzmun və tələb hissəsində mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın nömrəsi qeyd edilsə də qərarın qəbul edildiyi tarix qeyd edilməmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün eyniləşdirmə məlumatlarını (şəxsiyyətvəsiqəsinin seriya və nömrəsini) şikayətdə göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd olunan inzibati xəta haqqında qanunvericiliyinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Şikayətdən görünür ki, F.Səlimzadə qərardan şikayət vermiş, lakin şikayət qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. . Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, şikayət qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən şikayət və əlavə edilmiş sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xətaya dair qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər ona qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar