Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-259/2023 20.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X3 iştirakları ilə, xx xxx 1980-ci il tarixdə Ucar rayonunun Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “V-MANN CONSTRUCTİON" MMC-də sürücü işləyən, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 21:02 radələrində Ucar rayonu, Qazyan kənd sakini X1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə daxil olmuş müraciəti ilə əlaqədar araşdırılan materialın icrası ilə bağlı ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən 20 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 19 noyabr 2023-cü il tarixdə, saat 21:02 radələrində Ucar rayonu, Qazyan kənd sakini X1 müraciəti ilə əlaqədar Ucar RPŞ-nin məsul növbətçisi Tural Bəkirov tərəfindən tərtib edilmiş raport əsasında Şəxs Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 19 noyabr 2023-cü il tarixdə saat 21:02 radələrində üç nəfər polis əməkdaşları (Pünhan Umudov, İslam Qorxmazov və Feyruz Abdullayev) Ucar rayonu, Qazyan kəndinə getmişlər. Daxil olmuş şikayət əsasında qeyd edilən polis əməkdaşları orada olarkən Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməyə davam etmiş, bu hal orada olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai qaydanın pozulması ilə nəticələnmişdir. Beləliklə, həmin şəxs ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra polis əməkdaşlarının səyi nəticəsində şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 19 noyabr 2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evində dostu Nazim ilə yemək yemişdir. Həmin gün axşam saat 21 radələrində əvvəllər sinif yoldaşı olmuş Dövran Hüseynovun ona olan borcu ilə əlaqədar sonuncunun evinə getmiş (Dövran onunla qonşuluqda yaşayır) və pulunu tələb etmişdir. Dövran ona “sənə pul zad verməyəcəm” deməsi onda aqressiyanın yaranmasına səbəb olmuşdur. Ona görə də o, Dövranla mübahisə edərək sonuncuya qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman orada (küçədə) Dövranın arvadı Elnarə və digər həyət sakinləri olmuşlar. O, əsəbinə hakim ola bilmədiyi üçün söyüşlərinə davam etmiş, daha sonra, oraya gələn (sonradan bilmişdir ki, Elnarə 102 xidmətinə müraciət etmişdir) polis əməkdaşlarına qarşı da aqressivlik nümayiş etdirmiş, lakin sonradan onların qanuni tələblərinə tabe olaraq şöbəyə getmişdir. Beləlikllə, baş verənlərdən dərin sarsıntı hissi keçirdiyinin, düzgün hərəkət etmədiyinin, əməlindən səmimi peşmançılıq hissi keçirdiyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, tərəfindən tərtib edilmiş raport əsasında Ucar rayonu, Qazyan kəndinin sakini X1 müraciəti ilə əlaqədar araşdırılan materialın icrası zərurəti yarandığı üçün Şəxs Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yarandığından 19 noyabr 2023-cü il tarixdə, saat 21:40 radələrində o və digər polis əməkdaşları CAB-ın əməliyyat müvəkkili X8 və İTB-nin sahə rəisi X2 ilə birlikdə Ucar rayonu, Qazyan kəndinə getmişlər, Elnarə Hüseynzadənin yaşadığı evə yaxınlaşarkən yan tərəfdəki həyətdən əvvəllər tanımadıqları bir şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişlər. Həmin ünvana yaxınlaşarkən qapını Şəxs açmış və sonuncu bu cür qanunsuz hərəkətlərinə davam etmişdir. Bu zaman həyətdə Elnarə Hüseynzadənin və sonuncunun əri Dövranın bundan başqa, bir-neçə nəfər şəxsin həyətdə olduğunu görmüşlər. İctimai qaydanı pozan Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Ucar RPŞ-yə daxil olmuş şikayətin araşdırılması məqsədi ilə Vüsalı RPŞ-yə dəvət etsələr də, sonuncu ilk öncə buna etiraz etmiş, daha sonra tabe olmuş və tərəflərindən növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X8 izahatında göstərdi ki, CAB-ın əməliyyat müvəkkili X4 tərəfindən tərtib edilmiş raport əsasında Ucar rayonu, Qazyan kəndinin sakini X1 müraciəti ilə əlaqədar araşdırılan materialın icrası zərurəti yarandığı üçün Şəxs Ucar RPŞ-yə dəvət edilməsi məqsədilə 19 noyabr 2023-cü il tarixdə, saat 21:40 radələrində o və digər polis əməkdaşları CAB-ın əməliyyat müvəkkili X4 və İTB-nin sahə rəisi X2 ilə birlikdə Ucar rayonu, Qazyan kəndinə getmişlər, Elnarə Hüseynzadənin yaşadığı evə yaxınlaşarkən yan tərəfdəki həyətdən əvvəllər tanımadıqları bir şəxsin ünvansız ucadan nalayiq ifadələr işlətdiyini eşitmişlər. Həmin ünvana yaxınlaşarkən qapını Şəxs açmış və sonuncu ucadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman həyətdə Elnarə Hüseynzadənin və sonuncunun əri Dövranın bundan başqa, bir-neçə nəfər şəxsin həyətdə olduğunu görmüşlər. İctimai qaydanı pozan Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Ucar RPŞ-yə daxil olmuş şikayətin araşdırılması məqsədi ilə Vüsalı RPŞ-yə dəvət etsələr də, sonuncu ilk öncə buna etiraz etmiş, daha sonra tabe olmuş və tərəflərindən növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 21:02 radələrində Ucar rayonu, Qazyan kənd sakini X1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə daxil olmuş müraciəti ilə əlaqədar araşdırılan materialın icrası ilə bağlı ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılması zamanı Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məsuliyyəti yüngülləşirən halların olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddi həcmində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 19 noyabr 2023-cü il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-259/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-259/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver