Məhkəmə qərarları › İş №3(063)-271/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-271/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-271/2023 29.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1962-ci il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Vİİİ Tağım Yol-Patrul Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Vİİİ Tağım Yol- Patrul Xidmətindən daxil olmuş 24 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 24 noyabr 2023-cü il tarixdə, saat 09:45 radələrində, Bakı-Qazax yolunun 241-ci kilometrliyində “VAZ 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Vİİİ Tağım Yol-Patrul Xidmətinin inspektoru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə, saat 09:45 radələrində, Bakı-Qazax yolunun 241-ci kilometrliyində “VAZ 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 24 noyabr 2023-cü il tarixdə İXP seriyalı, ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə ilə əlaqədar zəruri aparılmış araşdırma nəticəsində (tərtib edilmiş sxem və fotoşəkillər əsasında) Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 24 noyabr 2023-cü tarixdə saat 09:45 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 241-ci kilometrliyində yerləşən YDM-dən avtomobilinə yanacaq doldurduqdan sonra baş yola çıxan zaman həmin yoldan gəlmə ehtimalı olan avtomobilləri gözləmək məqsədilə sola tərəf boylanmış, bu zaman (əvvəldən görmədiyi) qarşıda olan “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Toqquşma zamanı avtomobildə özü tək olmuş, həmçinin hadisə zamanı xəsarət alan olmamışdır. Toqquşma nəticəsində özünün idarə etdiyi avtomobil qabaq sağ qanadı və buferi, “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin isə arxa sol farası və kapotu zədələnmiş və nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etdi ki, nəvəsinin xəstəliyi ilə əlaqədar olaraq sürücülük hüququnun bitməsindən xəbəri olmamış, lakin bu hissədə də özünü təqsirli bilir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmiş və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 24 noyabr 2023-cü tarixdə saat 09:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 241-ci kilometrliyində yerləşən YDM-dən çıxan zaman arxadan gələn “VAZ 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlamadığından qəfildən toqquşma baş vermiş və nəticədə onun idarə etdiyi avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə əlaqədar xəsarət alan olmamış, idarə etdiyi avtomobilə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymiş, dəyən ziyan Şəxs tərəfindən aradan qaldırılmamış, lakin aralarında barışıq əldə edilmiş, hazırda sonuncuya qarşı heç bir şikayəti və ya tələbi yoxdur (bu halı təsdiq edən ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 18 may 2021-ci il tarixli, AE 080022 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2101” markalı, ** BB *** dövlət qeydiyyatlı nişanlı avtomobil mülkiyyət hüququ əsasında X5 məxsusdur. İş materiallarında olan 25 dekabr 2021-ci il tarixli, BD 170805 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyatlı nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 məxsusdur (etibarnamə əsasında idarə edir). İşdə olan 01 avqust 2013-cü il tarixli, AE200970 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “BC” dərəcəli vəsiqə 01 avqust 2023-cü il tarixdə etibarlılıq qüvvəsini itirmişdir. “Elektron Məhkəmə İnformasiya” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından edilmiş çıxarışdan görünür ki, Şəxs məxsus sürücülük vəsiqəsi aşkarlanmamışdır. İş materiallarında olan sürücülərin sərxoşluq müayinəsinin müəyyən edilməsi barədə alko tester barədə sənədlərdən görünür ki, heç bir sürücüdə sərxoşluq müəyyən edilməmişdir. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli müayinə aktından, yol nəqliyyat hadisəsini özündə əks etdirən sxemdən görünür ki, “VAZ 2101” markalı, ** BB *** dövlət qeydiyyatlı nişanlı avtomobilin qabaq, “Mercedes” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə arxa hissələri toqquşma nəticəsində zədələnmişdir (eyni zamanda, bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır). Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı Zərərçəkmiş şəxs şikayətinin olmaması, habelə zərərçəkmiş şəxslə barışmasını, eyni zamanda, sonuncunun heç bir şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar