Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-273/2023 15.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1951-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (deməsinə görə subay), orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində Zərərçəkmiş şəxs Ucar rayonu, Boyat kəndində yerləşən həyətyanı sahəsində olan nar ağaclarını yandıraraq sonuncuya məxsus əmlakı qəsdən məhv edərək 1620 manat məbləğində maddi ziyan vurmuşdur. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 30 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs 30 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində Zərərçəkmiş şəxs Ucar rayonu, Boyat kəndində yerləşən həyətyanı sahəsində olan nar ağaclarını yandıraraq sonuncuya məxsus əmlakı qəsdən məhv edərək 1620 manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda, 10 iyul 2023-cü il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 232-1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və aralarında normal qonşuluq münasibətləri yoxdur. Zərərçəkmiş şəxs ilə iki il olar ki, torpaqla bağlı mübahisələri olmuşdur. Onun Ucar rayonu, Boyat kəndində yerləşən həyətində nar ağacları vardır və həmin sahə Zərərçəkmiş şəxs məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşir və ara dəmir torla mərzlənmiş şəkildədir. 30 iyun 2023-cü il tarixdə həyətyanı sahəsindəki kol-kosları təmizləmək üçün yandırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə aralarında olan çəpərdən (dəmir torla mərzlənmiş) təxminən 15-20 metr aralıda yığmış və yandırmışdır. Bir neçə dəqiqədən sonra yanğın tam sönməsə də, alovun sakitləşdiyini görüb evə çay içməyə getmişdir. Təxminən 5-10 dəqiqə sonra çöldən səs-küy gəldiyini eşidib pəncərəyə yaxınlaşarkən Zərərçəkmiş şəxs məxsus sahə ilə öz sahəsi arasındakı çəpərin yandığını görmüş və əlində su dolu vedrə ilə yanğını söndürməyə getmişdir. Orada (yanğın baş vermiş aralarındakı mərzlənmiş çəpərdə) özündən başqa, qonşular Zərərçəkmiş şəxs, Ziba və Nəsibənin nəvələrini görmüş, hamı baş vermiş yanğının söndürülməsinə cəhd etsə də, yanğın surətlə davam edərək Zərərçəkmiş şəxs məxsus bağ sahəsində olan nar ağaclarını yandırmışdır (bu xüsusatda onu da qeyd etdi ki, yanğın davam edərkən Təzəgülün əri Əli “dəyməyin qoy yansın” deyə səslənirdi). Yanan nar ağaclarının sayını dəqiq bilməsə də, təxminən 25-27 ədəd olmasını ehtimal edir. Yanğın hadisəsindən sonra Təzəgül DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan əlavə qeyd etdi ki, yanğını qəsdən törətməmişdir, bu hal ehtiyatsızlıqdan baş vermişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qonşusudur və aralarında normal qonşuluq münasibətləri yoxdur. Onun Ucar rayonu, Boyat kəndində içərisində nar ağacları olan həyətyanı sahəsi vardır. Həmin sahə Şəxs məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşir və ara dəmir torla mərzlənmiş şəkildədir. Onun sahəsində 70 ədədə yaxın nar ağacları əkilmişdir. Həmin nar ağaclarından hər il təxminən 2 tona yaxın nar məhsulu yığılır. 28 iyun 2023-cü il tarixdə saat təxminən 15 radələrində o, həyətdə olarkən Şəxs onların həyətini və evini yandıracaqları barədə sözlərini eşitmiş, lakin mübahisə olmasın deyə buna əhəmiyyət verməmişdir. 30 iyun 2023-cü il tarixdə saat 13:30 radələrində cücələri yemləyərkən Şəxs məxsus sahə ilə öz sahəsi arasındakı sərhəddə (dəmir hasarla mərzlənmiş çəpərdə) alov qalxdığını görmüşdür (alovun təxmini hündürlüyü 10-15 metr olardı). Bu zaman onun yadına hadisədən bir neçə gün əvvəl Şəxs dediyi sözlər düşmüşdür. X4 həmin vaxt sahənin başqa tərəfində qoyun otararkən alovu görmüş və qaçaraq həmin yerə gəlmişdir (onun astma xəstəliyi olduğundan əri onun alova tərəf getməsinə mane olmuşdur). Hadisə yerinə qonşular, eləcə də Almaz da əlində su dolu vedrə ilə gəlmiş və yanğının söndürülməsinə cəhd etmişlər, lakin baş vermiş hadisə nəticəsində bağında olan 30 ədəd nar ağacı yanaraq tam şəkildə məhv olmuşdur. Bundan sonra, baş vermiş hadisə barədə məlumat vermək üçün DİN-in 102 xidmətinə zəng etmişdir. Hazırda dəymiş ziyan təxminən hesablanmış və ona dəyən ziyanın ödənilməsində israrlıdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İşdə olan Ucar RPŞ-nin 14 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs inzibati araşdırma nəticəsində qaçıb gizləndiyindən iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan Ucar RPŞ-nin 30 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Şəxs yeri müəyyən edildiyindən iş üzrə icraat təzələnmişdir. İşdə olan 06 iyun 2023-cü il tarixli aktdan görünür ki, Ucar rayonu, Boyat kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədə olan 30 ədəd nar ağacı yanaraq tam məhv olmuşdur. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 15 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 30 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində Zərərçəkmiş şəxs Ucar rayonu, Boyat kəndində yerləşən həyətyanı sahəsində olan nar ağaclarını yandıraraq sonuncuya məxsus əmlakı qəsdən məhv edərək 1620 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, 10 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda, 14 avqust 2023-cü il tarixdə Şəxs inzibati araşdırma nəticəsində qaçıb gizləndiyindən iş üzrə icraatın dayandırılması qərara alınmış və 30 noyabr 2023-cü il tarixdə isə Şəxs yeri müəyyən edildiyindən iş üzrə icraat təzələnmişdir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş cəlb etmə müddətinin ötürülməsi aşkar edilməmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd edilən ziyan məbləği az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Odur ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351- 1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562- 1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602- 3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar yaşı, ailə vəziyyəti və yanğın hadisəsinin onun tərəfindən törədilməsini etiraf etməsidir. (qəsdən törətməkdə təqsirli bilməməsinə baxmayaraq) Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü qismən, yəni, yanğın hadisəsinin baş verməsinin qəsd xarakterli olmamasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünümüdafiə xarakteri daşımaqla, gələcəkdə inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin zərərin ödənilməməsini, zərərçəkən şəxsin şikayətçi olmasını nəzərə alaraq, Şəxs İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 1620 (min altı yüz iyirmi) manat inzibati cərimə tətbiq edilsin. Zərərçəkmiş şəxs, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-273/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-273/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver