Məhkəmə qərarları › İş №3(063)-273/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-273/2025

06.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-273/2025 06.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1993-cü ildə Ucar rayonu, Alpı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 iyun 2025-ci il tarixdə, saat 20:10 radələrində Ucar rayonu, Gəraybəyli kəndində ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etmiş, həmçinin, həmin vaxt orada olan polis işçilərinin ictmai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Ucar rayonu, Alpı kəndində yaşayan Şəxs 04 iyun 2025-ci ildə Ucar rayonu, Gəraybəyli kəndində, ictimai yerdə ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş və bu zaman ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları Bəxtiyar Salahov və Turan Hüseynovun raportu əsasında tərəfindən inzibati araşdırma aparılmış, həm Şəxs, həm də polis əməkdaşlarının izahatları alınmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törətməsi müəyyən edildiyindən inzibati xəta haqqında protokollar tərtib edilib baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirir ki, Şəxs izahatında həmin inzibati xətaları törətdiyini etiraf etmiş və peşimançılığını bildirmişdir. Şəxs qeyd edilən inzibati xətaları sərxoş vəziyyətdə törətmişdir. Odur ki. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04 iyun 2025-ci il tarixdə, saat 20 radələrində Ucar rayonu, Gəraybəyli kəndi ərazisində məclisdə spirtli içki qəbul etdiyinə görə küçədə nəlayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşıb nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe omadığına görə onu Ucar Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməllərə görə peşimançılığını bildirir, gələcəkdə bu cür hərəkətə yol verməyəcəkdir. Vətən müharibəsinin iştirakçısıdır, müharibə veteranıdır və himayəsində dörd azyaşlı uşağı vardır. Polis şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri X6 izahatında göstərdi ki, 04 iyun 2025-ci il tarixdə, saat 20:10 radələrində polis əməkdaşı Bəxtiyar Salahovla birlikdə Ucar rayonu, Gəraybəyli kəndində xidmət olarkən sonradan şəxsiyyəti ona məlum olan Şəxs küçədə nəlayiq ifadələr işlətdiyini görüb onu nizam-intizama dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq səs-küy salmağa davam etdirmiş, dəfələrlə hüquqazidd hərəkətlərini izah etsələr də buna əməl etməmişdir. Buna görə də, Şəxs saxlayıb şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Ucar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində də Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, hüquqazidd hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X1 da еyni məzmunlu izahat vеrərək şahid X2 göstərdiyi хüsusаtlаrı bir dаhа təsdiq еtdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməllər, özünün və şahidlərin izahatları ilə yanaşı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan 86 nömrəli, 05 iyun 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 05 iyun 2025-ci ildə, saat 08:55-də yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, Şəxs himayəsində 28 may 2018-ci ildə doğulmuş X7, 08 mart 2020-ci ildə doğulmuş X9, 31 avqust 2022-ci ildə doğulmuş X4 və 13 dekabr 2024-cü ildə doğulmuş X5 adlı uşaqları vardır. İş materiallarında olan 151704 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Qeyd olunur ki, hakimiyyət nümayəndəsi dedikdə, təşkilati hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət səlahiyyəti dedikdə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən polis əməkdaşı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş materiallarından görünür ki, Şəxs barəsində Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi C.Səmədzadə tərəfindən 05 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs təqsirini boynuna alaraq səmimi peşimançılığını, himayəsində dörd azyaşlı uşağının olmasını, Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alıram. Həmin Məcəllənin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alıram. İşdə olan 04 iyun 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 iyun 2025-ci il tarixdə, saat 21:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Hesab edirəm ki, Şəxs inzibati tənbeh növündə cərimə edildiyindən o, inzibati qaydada tutmadan azad olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar