Məhkəmə qərarları › İş №3(063)-275/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-275/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-275/2023 06.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxx 1999-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 28 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs Ucar şəhərinin M.İbrahimov küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən içərisində qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş 01 ədəd siqaret və dişli çarxların hərəkəti üçün nəzərdə tutulmuş metal sep aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 06 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 28 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Şəxs saxlanılaraq Ucar RPŞ-nin növbətçi hissəsinə gətirilməklə, üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Şəxs üzərindən içərisində qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş 01 ədəd siqaret və dişli çarxların hərəkəti üçün nəzərdə tutulmuş metal sep aşkar edilərək götürülmüş, bu səbəbdən də qeyd olunan hal müvafiq qaydada protokollaşdırılmış, habelə Şəxs aşkar edilmiş predmetin ona aid olduğu təsdiqlənmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 3-4 ay olar ki, qurudulmuş marixuananı siqaretə doldurma yolu ilə istifadə edir. 28 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Ucar şəhəri, M.İbrahimov küçəsi ilə gedərkən yerdən boş siqaret qutusu tapıb, qutunun arxasında olan sellofanı maraq üçün çıxardıqda həmin qurtunun içərisində kağıza bükülü vəziyyətə bir büküm qurudulmuş vəziyyətdə marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Həmin kütləni özü istifadə etmək məqsədilə siqaret şəkilində düzəldərək “Sabrani” (nazik) markalı siqaret qutusunun içərisinə qoymuşvə həmin qutunu isə cibinə qoymuşdur. 28 oktyabr 2023-cü il tarixdə, günorta saatlarından sonra yaşadığı küçə ilə yol gedərkən Ucar RPŞ-nin əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə gəzdirdiyinə görə şöbəyə dəvət etmişlər. RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən könüllü olaraq əynində olan gödəkcəsinin cibindən içərisində qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş 01 ədəd siqaret və dişli çarxların hərəkəti üçün nəzərdə tutulmuş metal sepi təqdim etmişdir. Üzərindən aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə tərtib olunmuş protokolu proses iştirakçıları ilə birlikdə o da, imzalamışdır. Bundan sonra, onun razılığı ilə 28 oktyabr 2023-cü il tarixdə sat 20:00 radələrində yaşadığı Ucar şəhərinin M.İbrahimov küçəsi, ev 25 ünavnında yerləşən evə baxış keçirilən zaman evdən qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan əlavə onu da qeyd edir ki, 28 oktyabr 2023-cü il tarixdə gündüz saatlarında tutulmuş, 30 oktyabr 2023-cü il tarixdə axşam saatlarında isə Ucar RPŞ-nin MSY-dən azad olunmuşdur. Odur ki, törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, 28 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs Ucar şəhərinin M.İbrahimov küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı içərisində qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş 01 ədəd siqaret və dişli çarxların hərəkəti üçün nəzərdə tutulmuş metal sep aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,42 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 0,34 qram narkotik vasitələrə aid olmayan kütlə maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 22 sentyabr 2022-ci il tarixdə Şəxs üzərində və yaşadığı ünvana baxış keçirilən zaman videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, materiala əlavə edilmişdir. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 17/771 saylı ekspert rəyinin surətlərindən görünür ki, Şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,44 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,42 qram təşkil etmişdir. Eyni zamanda təmiz çəkisi 0,36 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,34 qram təşkil etmişdir. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 17/772 saylı ekspert rəyinin surətlərindən görünür ki, Şəxs üzərindən götürülmüş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, dişli çarxların hərəkəti üçün nəzərdə tutulmuş metal sepdir və soyuq silah hesab olunmur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməklə, himayəsində bir azyaşlı övladının olmasın onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Həmçinin Şəxs üzərində və yaşadığı ünvana videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi nəzərə alınmalı, eləcə də Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,42 qram olan maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana kütləsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən saat 17.25-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. İş üzrə maddi sübut olan və Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,42 qram olan maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana kütləsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov Ucar rayon Polis Şöbəsinə Ucar Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 3(063)275/2023 saylı inzibati xəta haqqında qərarın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” nüsxədə Hakim: Xəyal Bədəlov Siyəzən rayon Polis Şöbəsinə Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 3(059)-15/2023 saylı inzibati xəta haqqında qərarın surəti şöbənin müvəqqəti saxlama yerində saxlanılan Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “02” nüsxədə Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar