Məhkəmə qərarları › İş №3(063)-276/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-276/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-276/2023 06.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 12:25 radələrində “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və narkotik vasitələrdən istifadə olunması ilə idarə etmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 tərəfindən 06 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 12:25-də “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin narkotik vasitələrdən istifadə olunması nəticəsində idarəedərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 334-1.1ci maddəsinin tərkibi olduğundan tərəfindən protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdikdən sonra yenisini əldə edə bilməmişdir. 06 dekabr 2023-cü il tarixdə “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, daha sonra tibbi müayindən keçirilərkən narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Belə ki, 20-25 gün bundan əvvəl Bakı şəhərində toy məclisində olarkən spirtli içki qəbul etmiş, həmçinin kefini yüksəltmək üçün eyni masada əyləşdiyi öncədən tanımadığı şəxslərin narkotik vasitə olan marixuana istifadə etdiyini görüb o, da istəmişdir. Bundan sonra, həmin şəxslərdən narkotik vasitəni aldıqdan sonra istifadə etmişdir. Lakin, bundan öncə və sonra heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməyini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X1 bildirdi ki, Ucar rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 ilə birlikdə xidmətdə olan zaman 06 dekabr 2023-cü il tarixdə, saat 12:25 radələrində Şəxs tərəfindən idarə olunan “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərindən saxlanılmışdır. Şəxs saxlanılan zaman sürücülük vəsiqəsinin olmaması, həmçinin, idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuşdur. Şəxs sürücülük vəsiqəsi və idarə etdiyi maşının texniki baxışı olmadığına görə Rəşad Fərzalıyev sonuncunun maşınına əyləşərək maşını Ucar RPŞ-nin duracağına aparmışdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 06 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 12:25 radələrində “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və narkotik vasitələrdən istifadə olunması nəticəsində idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli 1971 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyindən götürülən laboratoriya analizi zamanı sonuncunun marixuanadan istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbul barədə 06 dekabr 2023-cü il tarixli aktdan görünür ki, “VAZ 21099” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə Ucar RPŞ-nin duracağına gətirilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladları, 13 dekabr 2007-ci il təvəllüdlü X5 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 vardır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdətutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbstətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tamvə obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və himayəsində iki yetkinlik yaşına çatmayan övladının (13 dekabr 2007-ci il təvəllüdlü X5 və 29 yanvar 2013-cü il təvəllüdlü X6) olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və həminmaddənin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 34.3, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar