Məhkəmə qərarları › İş №3(063)-279/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-279/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-279/2023 07.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X5 iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Ucar rayonunun Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonunun Lək kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu, 535.1-ci və 206-cı maddələri ilə inzibati xətaları törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : Şəxs 07 dekabr 2023-cü il tarixdə, saat 10:40 radələrində sonuncu tərəfindən daxil olmuş şikayət ərizəsinə münasibət bildirilməsi məqsədilə araşdırılan müraciətin icrası ilə bağlı Ucar rayonu, Lək kəndinə getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmiş, eyni zamanda, sidiyindən test üsulu ilə (müvafiq testlər işə əlavə edilmişdir) analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən 07 dekabr 2023-cü il tarixli, MN seriyalı 1808911, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 07 dekabr 2023-cü il tarixdə Şəxs tərəfindən daxil olmuş şikayət ərizəsinə münasibət bildirilməsi məqsədilə araşdırılan müraciətin icrası ilə bağlı sonuncunun Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 07 dekabr 2023-cü il tarixdə, saat 10:40 radələrində üç nəfər polis əməkdaşları (Kənan Zakirov, Rəvan Bəyəliyev və Zaur Həmidov) Ucar rayonu, Lək kəndinə getmişlər. Daxil olmuş şikayət əsasında qeyd edilən polis əməkdaşları orada olarkən Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətmiş, bu hal orada olan şəxslərin (kənd sakinlərinin, yəni qonşuların) narahatçılığına səbəb olmaqla ictimai qaydanın pozulması ilə nəticələnmişdir. Beləliklə, həmin şəxs ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış (ucadan ünvansız və təhqiramiz ifadələr işlədərək qaçmaq istəmiş), daha sonra polis əməkdaşlarının səyi nəticəsində şöbəyə aparılmış, orada da ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlərə yol vermiş və nəticədə növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən (analizdən əvvəl də özü narkotik vasitə olan marixuana istifadə etdiyini bildirmişdir) müayinə edilmiş, sidiyindən test üsulu ilə götürülmüş analizin nəticəsi olaraq sonuncunun narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin PPX bölüyünün manqa komandiri X3 izahatında göstərdi ki, tərəfindən tərtib edilmiş raport əsasında Şəxs tərəfindən daxil olmuş şikayət ərizəsinə münasibət bildirilməsi məqsədilə araşdırılan müraciətin icrası ilə bağlı sonuncunun Ucar RPŞ-yə dəvət edilməsi zərurəti yarandığından 07 dekabr 2023-cü il tarixdə, saat 10:40 radələrində o və digər polis əməkdaşları Ucar RPŞ-nin PPX bölüyünün polis nəfərləri Kənan Zakirov və Zaur Həmidovla birlikdə Ucar rayonu, Lək kəndinə getmişlər, Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, müraciəti ilə əlaqədar RPŞyə getməli olduğunu bildirmişlər. Hafi İbadov onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmışdır. Belə ki, Şəxs orada ucadan ünvansız nalayiq ifadələr işlətmiş (“siz kimsiz məni şöbəyə aparırsız, mən heç bir yerə getməyəcəm, siz quldursunuz”) onlar Hafizi yenidən nizam intizama dəvət etsələr də, sonuncu yenidən məhəl qoymayaraq ucadan nalayiq ifadələr işlədərək qaçmağa çalışmışdır. Daha sonra, onların (oraya getmiş polis əməkdaşlarının) səyi nəticəsində Hafiz Ucar RPŞ-yə gətirilmiş, RPŞ-nin qarşısında yenidən onların qanuni tələblərinə tabe olmasa da, Hafizə qanunun tələbləri izah edilmiş və sonra növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər, Ucar RPŞ-nin PPX bölüyünün polis nəfərləri X4 və X6 şahid X1 göstərdiyi xüsusatlara uyğun, eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən, yəni İXM-nin 510-cu və 535.1-ci maddələri ilə deyil, 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 07 dekabr 2023-cü il tarixdə, saat 10:40 radələrində yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən həyətyanı sahəsində olarkən iki nəfər polis əməkdaşları (Alı Həsənzadə və Kənan Zakirov) onun yaşadığı ünvana gəlmişlər. Qapını anası açmış və polis əməkdaşlarının gəldiyini bildirmişdir. Daha sonra, polis əməkdaşları ona yaxınlaşaraq müraciəti ilə əlaqədar Ucar RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir qanunsuz hərəkət etmədiyinə görə buna etiraz etmiş, lakin heç bir təhqiramiz ifadələr işlətməmiş, daha sonra polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmişdir. RPŞ-də olarkən də heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Eyni zamanda, qeyd etdi ki, bir neçə gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bu halın aydınlaşdırılması məqsədilə onun sidiyindən analiz götürülmüş və narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir (bu halı özü də inkar etmədən etiraf edir). Bundan əlavə, qeyd etdi ki, polis əməkdaşları tərəfindən ümumiyyətlə ona qarşı hərhansı fiziki, psixi təsir və ya təzyiq olmamışdır. Ona görə də inzibati xəta haqqında işə özünü təqsirli bilmədiyi hissədə xitam verilməsini, təqsirli bildiyi hissədə isə barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin izahatına uyğun, eyni məzmunlu izahat verdi. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, 07 dekabr 2023-cü il tarixdə, saat 10:40 radələrində sonuncu tərəfindən daxil olmuş şikayət ərizəsinə münasibət bildirilməsi məqsədilə araşdırılan müraciətin icrası ilə bağlı Ucar rayonu, Lək kəndinə getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmiş, eyni zamanda, sidiyindən analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında 07 dekabr 2023-cü il tarixli, AZA 020661 saylı protokoldan görünür ki, Şəxs 07 dekabr 2023-cü il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 07 dekabr 2023-cü il tarixli, AZA 008715 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında 07 dekabr 2023-cü il tarixli, 3677/2023 saylı protokoldan görünür ki, Şəxs sidiyindən test üsulu ilə götürülmüş analiz nəticəsində sonucunun sidiyində narkotik vasitə olan marixuanadan (THC) istifadə etməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli, 1995 saylı rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Ucar Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 3(063)-85/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 535.1-ci maddəsi ilə İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini qismən (İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməməsi) etiraf etməsi halına tənqidi yanaşılmalı və bu hal sonuncunun məsuliyyətdən yayınma məqsədi güddüyü kimi qiymətləndirilməlidir. İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməsi halı isə sonuncunun öz əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 18 may 2023-cü il tarixdə İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir ki, bu hal da şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Belə ki, İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni inzibati xətanı il ərzində təkrar törətməsi halını, müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞyə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, ucadan nalayiq ifadələr işlətməsini, eyni zamanda, narkotik vasitələrdən istifadə etməklə bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu, 535.1-ci cə 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 07 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən saat 14:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar