Məhkəmə qərarları › İş №3(063)-280/2023

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-280/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-280/2023 12.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X4 Bölməsindən daxil olmuş 25 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 25 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində “VAZ 2104” markalı, T420YH77 nömrə nişanlı avtomobili idarə edərkən ara məsafəsini düzgün seçmədiyi üçün Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin YPX-nin inspektoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs 25 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində “VAZ 2104” markalı, T420YH77 nömrə nişanlı avtomobili idarə edərkən ara məsafəsini düzgün seçmədiyi üçün Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə 25 fevral 2023-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, tərəfindən “VAZ 21074” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Zərərçəkmiş şəxs1 barəsində 25 may 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hadisə ilə əlaqədar zəruri aparılmış araşdırma nəticəsində (tərtib edilmiş sxem və fotoşəkillər əsasında) Zərərçəkmiş şəxs1 maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.1 və 332.4-cü maddələri ilə qismən təqsirli bilərək (İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilmir) izahatında bildirdi ki, o, 25 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində “VAZ 2104” markalı, T420YH77 nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən (həmin vaxt onun idarə etdiyi avtomobildə Əli adlı dostu da olmuşdur) ondan qarşıda olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun ortasında sola dönmə işığını yandıraraq sola tərəf dönmək istədiyini görmüş, daha sonra, sonuncu anidən fikrini dəyişərək əks istiqamətə, yəni onun hərəkətdə olduğu istiqamətə dönmək istəyərkən o, idarəetməni itirmiş və nəticədə qarşıda hərəkətdə olan “VAZ 21074” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bundan əlavə qeyd etdi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmamış, zərərçəkmiş şəxsin avtomobilinə maddi ziyan dəymişdir. Bütün bunlara baxmayaraq, dəymiş zərər onun tərəfindən ödənilmiş və hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. Odur ki, hesab edir ki, özü yol nəqliyyat hadisəsinin təqsirkarı olmasa da, sürücülük hüququnun olmadığını bilmiş və bu hissədə də özünün təqsirli olduğunu inkar etmir. Ona görə də göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, 25 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən sola dönmə manevri etmək istəmiş, bu məqsədlə sola dönmə işığını yandırmış, daha sonra qarşıdan gələn avtomobilin onun sola dönməsinə mane olacağını yəqin etdiyindən anidən sağ hərəkət zolağına (əvvəlki yerinə) tərəf dönmək istəmiş və bu zaman arxadan gələn “VAZ 2104” markalı, T420YH77 nömrə nişanlı avtomobilin qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin arxa sağ tərəfi ilə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi törənmişdir. Hadisə ilə əlaqədar barəsində Ucar rayon Polis Şöbəsinin YPX-nin inspektoru X2 tərəfindən 25 may 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən avtomobilinə dəymiş zərər tam şəkildə ödənilmiş və buna görə də sonuncuya qarşı hər hansı şikayəti və ya tələbi yoxdur, eyni zamanda barışmışlar (bu halı təsdiq edən ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Zərərçəkmiş şəxs2 məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Vaz 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 dekabr 2022ci il tarixdən 13 dekabr 2023-cü il tarixədək Zərərçəkmiş şəxs1 etibarnaməli idarəçiliyindədir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs2 məxsusdur. İş materiallarında olan Ucar rayon Polis Şöbəsinin YPX-nin inspektoru X2 tərəfindən Zərərçəkmiş şəxs1 barəsində 25 may 2023-cü il tarixli, TP seriyalı, ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan sürücülərin sərxoşluq müayinəsinin müəyyən edilməsi barədə protokollaşdırma sənədlərindən görünür ki, heç bir sürücüdə sərxoşluq müəyyən edilməmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli yol nəqliyyat hadisəsini özündə əks etdirən sxemdən görünür ki, “VAZ 2104” markalı, T420YH77 nömrə nişanlı avtomobilin sol qabaq, “Vaz 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə sağ arxa hissələri toqquşma nəticəsində zədələnmişdir (eyni zamanda, bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır). Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 332.4cü oğlunun təqsirini qismən (İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilməməsi) etiraf etməsi halına tənqidi yanaşılmalı və bu hal sonuncunun məsuliyyətdən yayınma məqsədi güddüyü kimi qiymətləndirilməlidir. İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilməsi halı isə sonuncunun öz əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, yaşını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 327.1 və 332.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cərimə növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar