Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-284/2024 22.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxx 2001-cı ildə Ucar rayonu, Gəraybəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar şəhəri, Abbas Səhhət küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 12 iyun 2024-cü il tarixdə, saat 01 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşıda yolun sağ kənarında həmin istiqamətdə dayanmış və sol qarşı qapısı açıq vəziyyətdə olmuş “VAZ-2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq vəziyyətdə olan sol qarşı qapısından və yanında dayanmış sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə “VAZ- 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq vəziyyətdə olmuş sol qarşı qapısı əyilərək avtomobilin sol qarşı qanadını əzmiş və Zərərçəkmiş şəxs da səhhətin qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid sağ sarğı nahiyyəsində şişkinliyi fonunda iri ölçülü qançırı və əzilmiş yarasından ibarət xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 12 iyun 2024-cü il tarixdə, saat 01:00 radələrində Ucar şəhəri, H.Əliyev prospekti ilə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişdir, hava qaranlıq olmuş və yağış yağmışdır. O, avtomobili saatda 30 km/saat surətlə hərəkət edərkən həmin prospektdə dayanmış “VAZ-2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq vəziyyətdə olan qapısını vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır, ona dəymiş zərəri ödəmişdir. Törətdiyi əmələ görə peşimançılıq hissi keçirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 12 iyun 2024-cü il tarixdə, saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Ucar şəhəri, H.Əliyev prospektində yolun sağında saxlamışdır. Həmin vaxt hərəkətdə olan “Opel Astra” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilini vuararaq yol-nəqliyyat hadisəsi törətmişdir. Yolnəqliyyat nəticəsində onun bədənində yüngül xəsarət yetirmişdir. Şəxsla əvvəllər aralarında qərəzli münasibət və ya ədavət olmamışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş zərər ödənilmişdir. Hazırda Şəxs qarşı şikayəti və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi E.Tağıyev tərəfindən qəbul edilmiş 07 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 iyun 2024-ci il tarixli, 200 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ sağrı nahiyəsində şişkinliyi fonunda iri ölçülü qançırı və əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 12 iyun 2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Şəxs həmin inzibati xətanı törətməsi onun özünün və zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını, səmimi peşimançılığını və zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-284/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-284/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver