Məhkəmə qərarları › İş №3(063)-285/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-285/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-285/2025 04.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 26 aprel 2025-ci il tarixdə Şəxs yaşadığı Ucar rayonu, Alpout kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X3 qeyd etdi ki, 26 aprel 2025-ci il tarixdə Şəxs yaşadığı Ucar rayonu, Alpout kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Rüfət Məmmədov tərəfindən müvafiq təhqiqat hərəkətləri aparılmış və sonuncunun 06 may 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə tədbirlərin görülməsi məqsədilə material RPŞ-nin İTB-yə göndərilmişdir. Tərəfindən aidiyyəti üzrə inzibati araşdırma aparılmış, Şəxs barəsində 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2001-ci ildə vəfat etmiş atası X1 ona 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngi qalmışdır. Həmin tarixdən etibarən silahı yaşadığı evdə saxlamışdır. 26 aprel 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilən zaman həyətində olan su çəninin üzərində gizlətdiyi 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngini aşkar edərək götürmüşlər. Baxış nəticəsində silahın sənədsiz olduğu müəyyən edilmişdir. Daha sonra, o, polis əməkdaşları tərəfindən Ucar RPŞ-yə dəvət edilmiş, müvafiq prosessual hərəkətlər həyata keçirildikdən sonra silah ondan alınaraq şöbəyə təhvil verilmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 06 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngi müvafiq qaydada saxlanması üçün Ucar RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 06 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Həmçinin, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşı, əməlindən səmmi peşmnçılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd “İJ” markalı, 2 lüləli (lülə nömrəsi XN 20357-65), 16 çaplı, yivsiz ov tüfəngi müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar