Məhkəmə qərarları › İş №3(063)-287/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-287/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-287/2024 13.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X8” MMC-də sosial işçi vəzifəsində işləyən, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 12 avqust 2024cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 04 iyun 2024cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya qəsdən fiziki ağrı yetirdiyini bildirdi. Eyni zamanda, 24 iyun 2024cü il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, X2 ilə 04 il olar ki, qeyri-rəsmi ailə münasibətlərində yaşayırlar. Lakin, Gülnar Sadıqovanın anası Zərərçəkmiş şəxs onlara maneçilik törədir. 04 iyun 2024-cü il tarixdə, saat 21 radələrində o, Gülnar ilə yaşadığı evin qarşısında söhbət edən zaman Zərərçəkmiş şəxs yaşadığı evdən çölə çıxmış, ona yaxınlaşaraq qızı Gülnardan uzaq durmağını bildirmişdir. Bu zaman aralarında yaranmış mübahisə nəticəsində Yaqut əlində kafel qırığı ilə onun üzərinə gəlmiş və bu səbəbdən o, həmin yerdən qaçaraq uzaqlaşmışdır. Beləliklə, o, Yaqutu döyməmiş və sonuncuya heç bir fiziki ağrı yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir (bununla bağlı yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 04 iyun 2024cü il tarixdə evdə olarkən həyətdən səsin gəldiyini eşidərək qapıya yaxınlaşmışdır. Bu zaman qızı Gülnarın Şəxs “məndən uzaq dur” deyərək qışqırdığını gördükdə o, sonuncuya qızından uzaq durmağı bildirmişdir. Buna görə də, Şəxs onun üstünə hücum çəkərək saçını yolmuş və sinəsindən itələyərək onu yerə yıxmışdır. Bundan sonra, Şəxs oradan uzaqlaşmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ucar RPŞ-nin TB-nin təhqiqatçısı Yusif Xəlilov tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” X7 07 iyun 2024-cü il tarixli, 188 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sıyrığı küt alətin (əşyaların) təsirindən törənmişdir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir, yaranma müddəti 04 iyun 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcəsi təyin edilmir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 13 avqust 2024-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən 13 avqust 2024-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 39.1, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar