Məhkəmə qərarları › İş №3(063)-288/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-288/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-288/2024 14.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X4 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Ucar rayonu, Gəraybəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 12 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə keçirilən baxış zamanı istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilin sol qarşı qapısının cibliyindən 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,71 qram (az miqdarda) təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda, sidiyindən test üsulu ilə analiz götürülərkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 14 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 12 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə keçirilən baxış zamanı istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilin sol qarşı qapısının cibliyindən 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,71 qram (az miqdarda) təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda, sidiyindən test üsulu ilə analiz götürülərkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, özü hal hazırda heç bir yerdə işləmir. Təxminən 01 ay olar ki, narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan istifadə edir. İstifadəsində olan avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən bir ay əvvəl Bakı şəhəri, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerdən tapmışdır. Tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı 04 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “4-cü mikrorayonun dairəsi” deyilən əraziyə yaxın olan maşın təmiri sexində tək şəkildə istifadə etmişdir. Daha sonra, istifadə etdikdən sonra yerdə qalan kütləni 1 ədəd kağız bükülüdə istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilin sol qarşı qapısının cibliyinə qoymuşdur. 12 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə keçirilən baxış zamanı istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilin sol qarşı qapısının cibliyindən 1 ədəd kağız bükülüdə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda, sidiyindən test üsulu ilə analiz götürülərkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdir və bir daha bu kimi əməllərə yol verməyəcəyinə dair vədinin, eləcə də himayəsində iki yaşında azyaşlı uşağının olmasının nəzərə alınaraq (Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat əsasında sonuncunun uşağının olması halı öz təsdiqini tapmamışdır) barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, 12 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə keçirilən baxış zamanı istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilin sol qarşı qapısının cibliyindən 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,71 qram (az miqdarda) təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda, sidiyindən test üsulu ilə analiz götürülərkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, baxış zamanı Şəxs istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilin sol qarşı qapısının cibliyindən 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,71 qram (az miqdarda) qurudulmuş marixuana maddi sübut kimi tanınmış, həmin marixuanadan 0,02 qram çəkidə olan hissəsinin ekspertiza tədqiqatına sərf edilməsi, ekspertiza tədqiqatından sonra marixuananın ümumilikdə 0,69 qram çəkidə qalması nəzərə alınması və saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə, eləcə də baxış zamanı aparılmış videoçəkilişləri əks etdirən 01 ədəd Kompakt diskin maddi sübut kimi tanınması və materiala əlavə edilməsi nəzərə alınmışdır. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin 13 avqust 2024-cü il tarixli, 3- 16-16/2-17/696 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfdə qara dəsmalın altında aşkar edilmiş kütlə...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 0,71 qram, təqdqiqata 0,02 qram sərf edilmiş, 0,69 qram qurudulmuş marixuana isə qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 1358 saylı 631 saylı rəydən görünür ki, Şəxs sidiyindən test üsulu ilə (müvafiq test işə əlavə edilmişdir) analiz götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuş, eyni zamanda, rəydən görünür ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan inzibati qaydada tutma haqqında 13 avqust 2024-cü il tarixli, AZA 021507 saylı protokoldan görünür ki, Şəxs 13 avqust 2024-cü il tarixdə saat 18:03-də inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 13 avqust 2024-cü il tarixli, AZA 009056 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə məhkəmə araşdırması zamanı gəldiyi nəticələrin əsası kimi istinad edilən hal olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs himayəsində bir azyaşlı uşağının və qulluğa ehtiyacı olan anasının olmalarını qeyd etsə də bu halı təsdiq edə biləcək hər hansı sübutu (Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat əsasında sonuncunun uşağının olması halı öz təsdiqini tapmamış, eləcə də bu halı təsdiq edə biləcək doğum haqqında şəhadətnamə və s təqdim edilməmişdir) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Həmçinin Şəxs yaşadığı evə keçirilmiş baxışın və üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd kompakt disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi nəzərə alınmalı, eləcə də, baxış zamanı Şəxs istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş, maddi sübut sayılan, qalıq çəkisi 0,69 qram təşkil edən qurudulmuş marixuana kütləsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 37, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 13 avqust 2024-cü il tarixdən saat 13:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs yaşadığı evə keçirilmiş baxışın və üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd kompakt disk maddi sübut kimi tanınmaqla, təhqiqat materialına əlavə edilməsi nəzərə alınsın. Şəxs istifadəsində olan “Opel Astra” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş, maddi sübut sayılan, qalıq çəkisi 0,69 qram təşkil edən qurudulmuş marixuana kütləsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar