Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-29/2025 04.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1, Zərərçəkmiş şəxs iştirakları ilə, 13 avqust 1976-cı ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1077/2017 nömrəli, 13 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün 13 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay 180 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra üçün 14 dekabr 2017ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ünvanına tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclu Şəxs barəsində aidiyyəti təşkilatlara müvafiq sorğular verilmiş, sorğulara cavab alınaraq borclunun adına hər hansı növ əmlakın və gəlirlərin olması aşkar edilməmiş, o hər hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və heç bir növ pensiya almır. Borclu hissə-hissə olmaqla 1065 (bir min altmış beş) manat məbləğində pul vəsaitinin tələbkara ödənilməsini təmin etmişdir. Lakin Şəxs 7485 (yeddi min dörd yüz səksən beş) manat ödənilməmiş qalan aliment borcun ödəməkdən yayınır və borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. İcra vərəqəsi üzrə tələbkar 7485 (yeddi min dörd yüz səksən beş) manat məbləğində borcun tam şəkildə ödənilməsini tələb edir. Bundan sonra borclu Şəxs yaşadığı yer müəyyən etmək mümkün olmamış və borclunun axtarılmasına dair qərar qəbul edilərək polis şöbəsinə göndərilmişdir. 04 fevral 2025-ci il tarixdə borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Ondan 7485 manat aliment aliment borcunun ödənilməsi tələb olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək aliment borcunun ödənilməsini təmin etməmişdir. İcra vərəqəsi üzrə borclu ödənilməmiş qalan 7485 (yeddi min dörd yüz səksən beş) manat aliment borcunu ödənilməkdən qərəzli olaraq yayınır, yaşayış yerini gizlədir və icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1077/2017 nömrəli, 13 oktyabr 2017cu il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün 13 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay 180 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra üçün 14 dekabr 2017-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ünvanına tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclu Şəxs barəsində aidiyyəti təşkilatlara müvafiq sorğular verilmiş, sorğulara cavab alınaraq borclunun adına hər hansı növ əmlakın və gəlirlərin olması aşkar edilməmiş, o hər hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və heç bir növ pensiya almır. Borclu hissə-hissə olmaqla 1065 (bir min altmış beş) manat məbləğində pul vəsaitinin tələbkara ödənilməsini təmin etmişdir. Lakin Şəxs 7485 (yeddi min dörd yüz səksən beş) manat ödənilməmiş qalan aliment borcun ödəməkdən yayınır və borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. İcra vərəqəsi üzrə tələbkar 7485 (yeddi min dörd yüz səksən beş) manat məbləğində borcun tam şəkildə ödənilməsi tələb edir. Bundan sonra borclu Şəxs yaşadığı yer müəyyən etmək mümkün olmamış və borclunun axtarılmasına dair qərar qəbul edilərək polis şöbəsinə göndərilmişdir. 04 fevral 2025-ci il tarixdə borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Ondan 7485 manat aliment borcunun ödənilməsi tələb olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək aliment borcunun ödənilməsini təmin etməmişdir. İcra vərəqəsi üzrə borclu ödənilməmiş qalan 7485 (yeddi min dörd yüz səksən beş) manat aliment borcunu ödənilməkdən qərəzli olaraq yayınır, yaşayış yerini gizlədir və icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, maddi imkanı olmadığından yaranmış borcu ödəyə bilmir və gələcəkdə borcu icra edəcəkdir. Odur ki, göstərilən halın nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirdi, eyni zamanda hazırkı vaxtadək dəfələrlə İlqara borcu hissə-hissə ödəməsini də təklif etmişdir. Lakin İlqar axırıncı ödənişi 2021-ci il tarixdə etməklə kifayətlənmiş və hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 1077/2017 nömrəli, 13 oktyabr 2017-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün 13 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay 180 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra üçün 14 dekabr 2017-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ünvanına tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclu Şəxs barəsində aidiyyəti təşkilatlara müvafiq sorğular verilmiş, sorğulara cavab alınaraq borclunun adına hər hansı növ əmlakın və gəlirlərin olması aşkar edilməmiş, o hər hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və heç bir növ pensiya almır. Borclu hissə-hissə olmaqla 1065 (bir min altmış beş) manat məbləğində pul vəsaitinin tələbkara ödənilməsini təmin etmişdir. Lakin Şəxs 7485 (yeddi min dörd yüz səksən beş) manat ödənilməmiş qalan aliment borcun ödəməkdən yayınır və borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. İcra vərəqəsi üzrə tələbkar 7485 (yeddi min dörd yüz səksən beş) manat məbləğində borcun tam şəkildə ödənilməsi tələb edir. Bundan sonra borclu Şəxs yaşadığı yer müəyyən etmək mümkün olmamış və borclunun axtarılmasına dair qərar qəbul edilərək polis şöbəsinə göndərilmişdir. 04 fevral 2025-ci il tarixdə borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Ondan aliment 7485 manat aliment borcunun ödənilməsi tələb olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək aliment borcunun ödənilməsini təmin etməmişdir. İcra vərəqəsi üzrə borclu ödənilməmiş qalan 7485 (yeddi min dörd yüz səksən beş) manat aliment borcunu ödənilməkdən qərəzli olaraq yayınır, yaşayış yerini gizlədir və icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, X2 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, icra məmurunun çağırışlarına qərəzli olaraq gəlməməsini və bununla da barəsində axtarış elan edilməsini, müəyyən müddətdə icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 04 fevral 2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-29/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-29/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver