Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-311/2023 22.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ucar Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 3(063)-274/2023 saylı qəradadı ilə X1nun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin Ağcabədi Rayon Məhkəməsi hər-hansı obyektiv səbəb göstərmədən, yalnız X2 Ucar şəhərində qeydiyyatda olmaqla, yaşamasını qeyd etməklə 11 dekabr 2023-cü il tarixli, 3(017)-1022/2023 saylı qərardadı ilə X1nun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1 və 132.2-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən hesab edirəm ki, aidiyyətin müəyyən edilməsində mübahisə olduğuna görə iş materialları qəbul edilmiş qərarla birlikdə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 114, 128, 132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılması ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilsin Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-311/2023
Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-311/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver