Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-312/2023 25.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1996-cı ildə Göyçay rayonu, Çərəkə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 21 dekabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs Ucar şəhəri, H.Əliyev prospektində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən içərisində qurudulmuş marixuanaya bənzər 01 ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 25 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 21 dekabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs Ucar şəhəri, H.Əliyev prospektində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən içərisində qurudulmuş marixuanaya bənzər 01 ədəd sellofan büküm aşkar edilərək götürülmüş, bu səbəbdən də qeyd olunan hal müvafiq qaydada protokollaşdırılmış, habelə Şəxs aşkar edilmiş predmetin ona aid olduğunu təsdiqlənmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bir neçə gün öncə Göyçay şəhəri ərazisindən keçən Şirvan kanalı deyilən su kanalında balıq tutmağa gedərkən kanalın kənarında 1 ədən sellofan büküm görmüşdür. Həmin bükümü qaldıranda içərsində olan yaşıl rəngli kütləni nəzərdən keçirmiş və həmin kütlənin qurudulmuş marixuana olduğunu bilmişdir. Ona görə də, özü istifadə etməsi üçün həmin sellofan bükümü cibinə qoyub saxlamışdır. Həmin vaxt yanında heç kim olmamışdır. Bükümdəki marixuananı tapdığı vaxtdan üzərində gəzdirsə də, ondan istifadə etməmişdir. 21 dekabr 2023-cü il tarixdə isə, axşam saat 18 radələrində yaşadığı kənddən Ucar şəhəri ərazisinə gəlmiş, 19:30 radələrində Ucar şəhəri, H.Əliyev parkının yanında olan zaman bir neçə nəfər ona yaxınlaşaraq özlərini Ucar rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim edərək üzərində narkotik vasitə daşımağından şübhələndiklərini bildirib onu Ucar rayon Polis şöbəsinə dəvət etmişlər. O, polislərə etiraz etməmiş və birlikdə Polis şöbəsinə gəlmişlər. 1 ədəd sellofan bükümdə tapdığı qurudulmuş marixuana həmin vaxt cibində olmuşdur. Polis şöbəsində müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, ona videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə, buna etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Növbətçi hissədə ona hüquq və vəzifələri izah olunaraq, üzərində narkotik vasitə və yaxud psixotrop maddələrin olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da əynindəki qara rəngli uzunqol gödəkcəsinin iç sol cibindən 1 ədəd sellofan bükümdəki marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda gödəkcəsinin sol yan cibindən içərisində siqaretlər olan 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, gödəkcəsinin sağ yan cibindən isə 18 manat pul çıxarıb təqdim etmişdir. Eyni zamanda polis əməkdaşı üstünü yoxladıqda, şalvarının arxa cibindən də 1 ədəd 1 manatlıq pul əskinası aşkar edilmişdir. Ona sellofan bükümdəki kütlənin nə olması ilə bağlı sorğu edildikdə, həmin kütlənin qurudulmuş marixuana olduğunu və kütlənin sellofan bükümü bir neçə gün öncədən balıq tutmağa gedərkən kanalın yanında tapdığını, marixuananı özü istifadə etməsi üçün həmin bükümü üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd sellofan büküm 1 ədəd zərfə qablaşdırırlaraq üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Üzərindən başqa heç nə aşkar edilməmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, 21 dekabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olan Şəxs Ucar şəhəri, H.Əliyev prospektində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən içərisində qurudulmuş marixuanaya bənzər 01 ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,50 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 21 dekabr 2022-ci il tarixdə Şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkilişi əks etdirən görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, materiala əlavə edilmişdir. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 17/871 saylı ekspert rəyinin surətindən görünür ki, Şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,52 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,50 qram təşkil etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 24 dekabr 2023-cü il tarixli, AZA 020653 saylı protokoldan görünür ki, Şəxs 24 dekabr 2023-cü il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 24 dekabr 2023-cü il tarixli, AZA 008707 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı səhiyyə idarəsi Qarayev adına 2 saylı klinik uşaq xəstəxanası tərəfindən verilmiş epikrizdən görünür ki, Şəxs qastroenterit-salmonelyoz diaqnozlu xəstəlikdən əziyyət çəkir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli, 2080 saylı rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, eyni zamanda, qan xəstəsi olmaqla bir neçə kateqoriya dərman preparatlarından istifadəsi həyati təhlükə yaratma ehtimalını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar haqqında qanunvericilik şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicə alması ilə əlaqədar halı yalnız inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi zamanı mümkün hesab etmişdir. Digər tənbeh tədbirlərinin tətbiqi halında bu cür tədbirlərin təyin edilməsi müəyyən edilmədiyindən belə hallarda sözügedən tədbirin hansı qaydada və hansı vaxtda icra edilməsi qanunvericilikdə nəzərədə tutulmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi, xəstəliyi, ictimai faydalı əməklə məşğul olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. 21 dekabr 2023-cü il tarixdə Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,50 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-312/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-312/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver