Məhkəmə qərarları › İş №3(063)-313/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-313/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-313/2025 08.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-20 avqust 1979-cu ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2960/2013 nömrəli, 06 may 2013-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 31 dekabr 2005-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 08 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru Asif Həmidov tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən bir uşağının saxlanması üçün hər ay 100 manat aliment tutulması qərara alınmışdır, daimi iş yeri, qazancı və gəliri olmadığından tələbkara aliment borcu yaranmışdır, aliment borcunu ödəməkdən imtina etmir, hissə-hissə ödənilməsini təmin edəcəkdir. Bundan əlavə evlidir, himayəsində beş azyaşlı uşağı vardır. İcra sənədini icra etməməyə görə peşimançılığını bildirir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru Asif Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2960/2013 saylı, 06 may 2013-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan Şəxs hər ay 1 uşağın yetikinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi 16 fevral 2015-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Tərəflərindən aidiyyəti üzrə sorğu edilərək borclunun adına Ucar rayonu, Alpout kəndində yerləşən 0.2442 ha torpaq sahəsi 28 sentyabr 2018 -ci il tarixli, **********46 reyestr nömrəsi ilə, Ucar rayonu, Alpout kəndində yerləşən 0.293 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 28 sentyabr 2018-ci il tarixli, **********45 reyestr nömrəsi ilə aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, 05 iyun 2002-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyi üçün tələbin qeyd edilən torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində Ucar Rayon Məhkəməsinin 8(063)-8/2025 saylı, 20 fevral 2025ci il tarixdə məcburi gətirilməsi barədə qərardad çıxarılmış və 17 mart 2025-ci il tarixdə icra edilməsi üçün Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 08 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, borclunun izahatı alınmış və aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin onun tərəfindən icra sənədi üzrə tələb tam təmin edilməyərək aliment borcunun ödənişi təmin edilməmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan qalıq aliment borcu 3165 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. İcra sənədi üzrə tələbkar-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərib ərizədə icra sənədinə əsasən borclunun ona olan aliment borcunun 3165 manat təşkil etdiyini və aliment borcunu tam olaraq tələb etdiyini göstərmiş, əks halda onun iştirakı olmadan icra məmurunun tərtib etdiyi protokolu təmin etməyi və inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Beləliklə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin-icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, zərər çəkmiş şəxsin müraciətini nəzərə alaraq, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Həmçinin, onu da qeyd edirəm ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən icra sənədini icra etməməsi və icra edilməmə ilə bağlı hər hansı sübutları təqdim etməməsi sonuncunun hərəkətində qərəzin formalaşmasına dəlalət edən hal kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il Qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini boynuna almasını, səmimi peşimançılığını və himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib beş yüz manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar