Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-317/2023 27.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, 21 avqust 1998-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (deməsinə görə evli), orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(063)-253/2022 saylı icra sənədi 17 may 2022-ci il tarixdə, 21 iyul 2022-ci il tarixli, 2(063)-720/2022 saylı icra sənədi 02 sentyabr 2022-ci il tarixdə və 26 avqust 2022-ci il tarixli, 2(063)-828/2022 saylı icra sənədi isə 07 oktyabr 2022-ci il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası üçün borcluya könüllü müddət təyin edilmiş, bu barədə müvafiq bildirişə də imza etmiş, lakin sonuncu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Borclu dəfələrlə tərəflərindən şöbəyə rəsmi qaydada çağırılsa da, müvafiq xəbərdarlıqlar edilsə də, sonuncu çağırışlara məhəl qoymamış, nəticədə barəsində zəruri icra hərəkətləri olaraq axtarış qərarı qəbul edilmişdir. Eyni zamanda, borclu sözügedən icra sənədi üzrə 27 dekabr 2023-cü il tarixədək heç bir ödəniş etməmişdir. Hazırkı vaxta borclunun 6126,42 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 27 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(063)-253/2022 saylı, 21 iyul 2022-ci il tarixli, 2(063)-720/2022 saylı və 26 avqust 2022ci il tarixli, 2(063)-828/2022 saylı icra sənədlərini hazırkı vaxtadək icra etməmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 6126,42 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla aylıq təxminən 300 manat gəlir əldə edir. Mövcud icra sənədlərindən lazımı qaydada məlumatı vardır. Lakin qeyd edilən məbləğləri ödəməyə maddi imkanı olmadığı üçün sözügedən borcları icra edə bilməmişdir. Sözügedən icra sənədləri ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişləri etməyin onun vəzifəsi olduğunu anlayır. Odur ki, himayəsində 1 azyaşlı uşağının olmasının, yaşının və əməlindən səmimi peşmanlıq çəkməsinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər "xxxx" KB ASC, Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs3 MMC inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin səalhiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Ucar Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(063)-253/2022 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs 25 noyabr 2020-ci il tarixli, ********* saylı və 05 fevral 2021-ci il tarixli, ********* saylı müqavilələr üzrə iddiaçının xeyrinə əsas borca görə 947 manat, dəbbə puluna görə 91.90 manat və ödənilmiş dövlət rüsumuna görə 30.89 manat, cəmi 1069.79 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs2 MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(063)-720/2022 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs ödənilməmiş məbləğ üzrə 3057.50 manat, dəbbə pulu üzrə 305.50 manat və ödənilmiş dövlət rüsumu üzrə 53.63 manat, cəmi 3416.63 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(063)-828/2022 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 1340 manat, faiz borcuna görə 260.03 manat, dəbbə puluna görə 3.97 manat, bankın xidmət haqqına görə 0.40 manat və ödənilmiş dövlət rüsumuna görə 36.04 manat, cəmi 1640.44 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan sənədlərin surətlərindən görünür ki, qeyd edilən icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMSlər, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarı qəbul olunmuşdur. Qeyd edilən icra sənədlərinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, X2 04 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, qeyd edilən icra sənədi üzrə borc ödənilməmiş qalmış və bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olmaqla barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan Ucar RPŞ-nin 27 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs 27 dekabr 2023-cü il tarixdə saat 10:00-da tərəflərindən Ucar rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir azyaşlı uşağının olması və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə ödənişlərin olmamasını, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, himayəsində bir azyaşlı uşağı olması və əməlindən peşman olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 10:00-da faktiki saxlanması və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 8 (səkkiz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 27 dekabr 2023-cü il tarixdən saat 10:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-317/2023
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-317/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver