Məhkəmə qərarları › İş №3(063)-327/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-327/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-327/2024 20.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1968-ci ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2981/2012 nömrəli, 06 sentyabr 2012-ci il tarixli icra sənədinə əsasən tərəflərin nikahından 4 yanvar 2011-ci il tarixdə anadan olmuş X2 müalicə xərclərinə görə hər ay 100 (bir yüz) manat və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 2012-ci il avqustun 7-dən hesablanmaqla, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment olmaqla hər ay cəmi 200 (iki yüz) manat məbləğində pulun xx xxxxxxxx 1968-ci il tarixdə Ucar rayonunun Qarabörk kəndində anadan olmuş, Ucar rayonunun Qarabörk kəndində qeydiyyatda olan cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 20 avqust 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482239 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə əsasən ondan hər ay 200 manat aliment tutulmalıdır. Daimi iş yeri və qazancı olmadığından yaranmış aliment borcunu ödəyə bilməmişdir. Alimenti ödəməkdən imtina etmir və hissəhissə ödəyəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2981/2012 nömrəli, 06 sentyabr 2012-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan borclu Şəxs 07 avqust 2012-ci il tarixdən başlayaraq 04 yanvar 2011-ci ildə doğulmuş X1 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ödənilməlidir. İcra sənədi təkrar olaraq 31 iyul 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 08 avqust 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu 20 avqust 2024-cü il tarixdə tələbkarla birlikdə Ucar rayon icra və probasiya şöbəsinə gəlmiş, borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək aliment borcunun ödənişi təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2981/2012 nömrəli, 06 sentyabr 2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment borcu 1800 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2981/2012 saylı, 06 sentyabr 2012-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ona 20 avqust 2024-cü il tarixə qədər yaranmış 1800 manat aliment borcunu ödəmədiyi halda barəsində ciddi tədbirlərin görülüməsini xahiş edir, iş üzrə şikayətçidir. Əlavə olaraq bildirdi ki, özü işləmir, xəstə uşağa baxır və kirayədə yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün, zərər çəkmiş şəxsin izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 20 avqust 2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar