Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-335/2025 25.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X1 iştirakları ilə, 02 avqust 1978-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu, 157-ci və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 22 radələrində Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan Ucar RPŞ-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də, sonuncu Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin həyətində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs 22 iyun 2025-ci il tarixdə saat 11:10 radələrində Ucar şəhərində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (üst dodağın selikli qişasının yarası) xəsarət yetirmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 24 iyul 2025-ci il tarixli, MN seriyalı 2273345, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 22 radələrində Ucar şəhəri, H.Əliyev prospektində və həmin prospektdə yerləşən Ucar RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan Ucar RPŞ-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də, sonuncu Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin həyətində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs 22 iyun 2025-ci il tarixdə saat 11:10 radələrində Ucar şəhərində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (üst dodağın selikli qişasının yarası) xəsarət yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157, 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157, 510-cu və 535.1-ci maddələri ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Ucar şəhəri, Oğuz küçəsində yerləşən “Qədir Xum” avtoyuma məntəqəsini işlədir. 22 iyun 2025-ci il tarixdə Rəhman avtoyuma məntəqəsinə gəlmiş, Rəhman özünə məxsus avtomobili yuyarkən avtomobilində olan bəzi əşyaları kənara qoymuşdur. O, da həmin əşyaları götürüb kənara atmışdır. Bu zaman Rəhman əsəbi şəkildə onun yanına gələrək niyə ona məxsus əşyalara toxunduğunu soruşmuşdur. O, da həmin əşyaları ona tapşırmadığını, bu səbəbdən də onları zibil hesab edərək atdığını demişdir. Bundan sonra Rəhmana oradan kənarlaşmasını tapşırmışdır. Rəhman isə onun arxası ilə obyektdə olan istirahət otağına gəlmiş və onu təhqir edərək əşyalarının qaytarılmasını tələb etmişdir. Sonra Rəhman onun üstünə gəlmək istəmiş, o da Rəhmanın sinəsindən itələmişdir. Daha sonra Rəhmanın qolundan tutub onu çölə atmışdır. Hadisə vaxti o, Rəhmanı vurmamışdır. 22 iyul 2025-ci il tarixdə işlətdiyi Ucar şəhəri, Oğuz küçəsində yerləşən “Qədir Xum” avtoyuma məntəqəsində əmisi oğlu Rövşənlə mübahisə etmiş, bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmiş, o, nə polis şöbəsində, nə də küçədə ünvansız nəlayiq ifadələr işlətməmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmuşdur. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 22 iyun 2025-ci il tarixdə, saat 11:10 radələrində o, Ucar şəhərində yerləşən “Qədir Xum” avtoyuma məntəqəsində özünə məxsus maşını yuyarkən avtomobilin içərisində olan bəzi əşyaları kənara qoymuşdur. Bir neçə dəqiqə sonra o, həmin avtoyuma məntəqəsinin sahibi Tehranın ona məxsus əşyaları kənara atdığını görmüşdür. O, Tehrandan bunun səbəbini soruşduqda Tehran onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış, mübahisə zamanı Tehran əlinin içi ilə onun ağız nahiyəsindən vurmuşdur. Beləliklə, o, Tehrandan şikayətçidir və barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin PPXB-nin manqa komandir X4 izahatında göstərdi ki, 22 iyul 2025-ci il tarixdə, saat 22 radələrində Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Elmin Əliyevlə birlikdə xidmətdə olduğu zaman Ucar şəhəri, Elnur Hacıyev küçəsindən keçərkən iki nəfər şəxsin dava-dalaş etdiyini görüb onlara yaxınlaşmış, həmin şəxslər hüquqazidd əməllər törətdiyinə görə onları şöbəyə gətirmişlər. Həmin şəxs şöbənin həyətinə daxil olarkən ucadan nəlayiq söyüşlər söyməyə başlamış, onlar həmin şəxsə öz iradlarını bildirdikdə həmin şəxs onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq inzibati binanın həyətinə daxil olmaq istəməmişdir. Onlar həmin şəxsi saxlayıb şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən digər şahid Ucar RPŞ-nin PPXB-nin polis nəfəri X6 digər şahid X2 izahatına uyğun, oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etdi. Ucar RPŞ-nin TQ-nin təhqiqatçısı Rüfət Məmmədov tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün bu qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 24 iyun 2025-ci il tarixli, 4208 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın selikli qişasının yarası vardır. Bu xəsarət küt alətin təsirindən törənmişdir, qərarda törənmə müddəti 22 iyun 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənmişdir, sağlamlığa zərər vurmadığı üçün qeyd olunan xəsafrətin dərəcəsi təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 24 iyul 2025-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs qarşı hazırda şikayətçidir, barəsində yüksək inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki,Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 22 radələrində Ucar şəhəri, H.Əliyev prospektində və həmin prospektdə yerləşən Ucar RPŞ-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan Ucar RPŞ-nin əməkdaşları onu nizam intizama dəvət etsələr də, sonuncu Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar RPŞ-nin həyətində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında 22 iyul 2025-ci il tarixli, AZA 028048 saylı protokoldan görünür ki, Şəxs 22 iyul 2025-ci il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 22 iyul 2025-ci il tarixli, AZA 011244 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157, 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs özünü qismən təqsirli bilməsi halına tənqidi yanaşaraq hesab edirəm ki, sonuncu bununla məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək xarakterli məqsəd güdür. Şəxs yaşını və ailə vəziyyətini məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılması zamanı Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məsuliyyəti yüngülləşirən halın olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, eyni zamanda, zərərçəkmiş şəxsin şikayətçi olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 157, 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbeh təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 23:10 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci, 510-cu və 535.1ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 22 iyul 2025-ci il tarixdən, saat 23:10-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-335/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-335/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver