Məhkəmə qərarları › İş №3(063)-336/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-336/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-336/2025 25.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1993-cü ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı evdə saxlamış, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyul 2025-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində saxlanılıb üstü yoxlanılarkən əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,14 qram olan narkotik vasitə-qurudulmuş marixuana və yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində evə baxış keçirilərkən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,77 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Hafiz Əliyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında 23 iyul 2025-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Ucar Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Qərara əsasən tərəfindən inzibati araşdırma aparılmış, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, inzibati qaydada tutulmuş və müdafiəçi seçmək hüququ izah edilmişdir. İnzibati araşdırma zamanı Şəxs ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilmiş və verilmiş rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İnzibati araşdırma zamanı Şəxs izahatı alınmış və o, izahatında narkotik vasitəni istifadə etmək üçün saxladığını etiraf etmişdir. Beləliklə, araşdırma zamanı Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı saxlamasına və daşımasına görə 25 iyul 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materialla birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, 21 iyul 2025-ci il tarixdə, axşam saatlarında Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Araz” marketin qarşısından keçib gedərkən xatırlamadığı yerdə bir ədəd qara rəngli kağız büküm olduğunu görmüşdür. Yerdə olan kağız büküm diqqətini çəkmiş və yaxınlaşıb həmin kağız bükümü əlinə götürüb açanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyi üçün qurudulmuş marixuananı tanımışdır. Tapdığı qurudulmuş marixuananı atmamış və cibinə qoyub yaşadığı evə aparmışdır. Evdə olarkən tapdığı qurudulmuş marixuananı ailə üzvlərinin görməməsi üçün başqa yerə qoymayıb şalvarının sağ yan cibində saxlamışdır. 22 iyul 2025-ci il tarixdə, təxminən saat 20 radələrində Ucar rayonu, Qazıqumlaq kəndində, yaşadığı evdə olarkən mülki geyimdə olan polis əməkdaşları gəlib özlərini təqdim etdikdən sonra həmin polis əməkdaşlarından biri ona narkotik vasitə əldə edib daşımağı ilə bağlı məlumat daxil olduğunu və videoçəkilişlə üstünün yoxlanılacağını bildirərək digər polis əməkdaşlarını ona təqdim etdikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə olan qurudulmuş mariuxananı və şalvarının sol yan cibində saxladığı “POCO” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşı tərəfindən üstü yoxlanılmış və üzərində başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşı iki ədəd zərf götürüb birinin üzərinə kağız bükümdə olan bitki kütləsinin, digər zərfin üzərinə isə mobil telefonun ondan götürüldüyünü, onun və digər polis əməkdaşlarının soyadlarını yazıb imza etdirdikdən sonra kağız bükümdə olan qurudulmuş marixuananı və mobil telefonunu ayrı-ayrılıqda həmin zərflərin içərisinə qoyub qablaşdıraraq möhürləyib götürmüşdür. Üstünün yoxlanılması başa çatdırıldıqdan sonra videoçəkiliş dayandırılmadan polis əməkdaşları onun razılığı ilə yaşadığı evin həyətinə daxil olub əvvəlcə həyətə, sonra isə yaşadığı evə baxış keçirmişlər. Yaşadığı evin yataq otağına baxış keçirilərkən şkafın üzərində 01 ədəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməkdaşı kibrit qutusunu götürüb açanda içərisində bitki kütləsi olduğunu görüb polis əməkdaşlarına kibrit qutusunda olan bitki kütləsinin ona məxsus olmadığını bildirmişdir. Yaşadığı evin yataq otağında aşkar olunmuş kibrit qutusunda olan bitki kütləsi ona məxsus olmamış və onun kim tərəfindən gətirilib yaşadığı evin yataq otağına qoyulduğunu bilmir. Törətdiyi əmələ görə peşimandır. Şəxs çıxışında törətdiyi əmələ görə peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə almağı xahiş etdi. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Hafiz Əliyev tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi, Şəxs üzərində 01 ədəd kağız bükümdə aşkar edilərək götürülmüş 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndindəki evdə 01 ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş 2,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatından sonra qalmış 0,12 qram və 2,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın saxlanılmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli, 17/545 nömrəli ekspert rəyinin (məhkəmə-bioloji) surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs üstü yoxlama zamanı... aşkar olunmuş 1 ədəd qara rəngli kağız bükümdə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs yaşadığı evdə aşkar olunmuş bitki kütləsi ...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-2,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 23 iyul 2025-ci il tarixli, 1158 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan (şəxsin fərdi məlumatlarından) görünür ki, Şəxs himayəsində 25 dekabr 2015-ci ildə doğulmuş X1 və 24 iyun 2018-ci ildə doğulmuş X2 adlı iki uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, qərarın surəti, ekspert rəyləri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını və himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. İşdə olan 23 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 iyul 2025-ci il, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, həbsetmənin əvvəli 23 iyul 2025-ci il, saat 21:00-dan hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Buna görə də, hesab edirəm ki, iş üzrə məsrəf-ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilməli, habelə Şəxs götürülmüş və Ucar Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan və tədqiqatdan sonra qalıq qalan 2,87 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 iyul 2025-ci il, saat 21:00-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan, tədqiqatdan sonra qalıq qalan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 2,87 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar