Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-337/2024 09.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1992-ci ildə İsmayıllı rayonu, Qubaxəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin vəzifəli şəxsinin ******* nömrəli, 18 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat tənbeh növü tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, buna görə də onun barəsində 23 avqust 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482240 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin ******* nömrəli, 18 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat tənbeh növü tətbiq edilmişdir. İcra sənədi Ucar rayon icra və probasiya şöbəsinin icraatına 15 yanvar 2021-ci il tarixdə daxil omuş və icra sənədinin icrasını təmin etmək üçün borclunun ünvanına icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclunun əmlak və gəlirlərini müəyyən etmək üçün barəsində müvafiq sorğular edilmiş, tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir. Borcluya barəsində görüləcək bütün növ icra tədbirləri barədə 13 oktyabr 2021-ci il, 12 aprel 2022-ci il, 10 iyul 2023-cü il tarixlərdə müvafiq xəbərdarlıqlar göndərilməklə icra sənədinin icrası tələb edilmiş, lakin borclu tələbi ica etməmişdir. Borcluya icra sənədininin icrası ilə bağlı 22 avqust 2024-cü il tarixdə “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə “sms” xəbərdarlıq göndərilərk şöbəyə çağırılmış, tələbi icra etməsi barədə xəbərdarlıq edilmişdr. Bundan sonra borclu 23 avqust 2023-cü il tarixdə şöbəyə çağırılaraq icra sənədinin icrası ondan tələb edilmiş, bu barədə xəbərdarlıq edilmiş,icra sənədinin icra edilməsi ondan tələb edilərək izahatı alınmış, hüquq və vəzifələri, həmçinin daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Borclu izahatında tələbi ödəməyə imkanının olmadığını bildirmişdir. Nəticədə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan borclu Şəxs tərəfindən icra edilməmişdir. Əlavə olaraq bildirdi ki, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, yəni 26 avqust 2024-cü il tarixdə Şəxs cəriməni tamamilə ödəmiş və qəbzi təqdim etmişdir. Şəxs cəriməni tam ödəməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 19 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat cərimə edilmiş, maddi cəhətdən imkanı olmadığına görə cəriməni ödəməmişdir. 26 avqust 2024-cü ildə cəriməni tam olaraq ödəmiş və qəbzi də icra məmuruna təqdim etmişdir. Cəriməni tam ödəməsini nəzərə alıb məsuliyyətdən azad edilməsini xahiş etdi. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs 26 avqust 2024-cü ildə, saat 11:53-də inzibati tənbeh vermə haqqında qərara (MN0753740 nömrəli inzibati xəta haqqında protokol üzrə) əsasən 100 manat cəriməni ödəmişdir. İnzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyərək bu nəticəyə gəlirəm ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin vəzifəli şəxsinin ******* nömrəli, 18 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilmişdir. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəyə minmiş qərarını 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, yəni 26 avqust 2024-cü ildə 100 (bir yüz) manat cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olsa da o, inzibati cərimə məbləğini məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə bu nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529cu maddəsinin qeyd hissəsinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 529-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs şəxs Şəxs MN ******* nömrəli, 18 sentyabr 2020-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərara əsasən müvafiq cəriməni ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-337/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-337/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver