Məhkəmə qərarları › İş №3(063)-340/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-340/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-340/2025 30.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1988-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 16(063)-20/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 18 dekabr 2024-cü ildən başlayaraq mülki iş üzrə qətnamə çıxarılanadək 23 may 2018-ci ildə doğulmuş X1, 14 oktyabr 2021-ci ildə doğulmuş X2 və 14 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməklə müvəqqəti təminat tədbirinin görülməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin 16(063)-17/2025 nömrəli, 07 may 2025-ci il tarixli icra sənədinə əsasən 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində alimentin tutulmaqla müvəqqəti təminat tədbirinin görülməsi qərara alınmışdır. Borclu icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 30 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmə qərarlarına əsasən üç uşağının saxlanılması üçün tələbkarın xeyrinə aliment ödəməlidir, lakin daimi iş yeri və qazancı olmadığından aliment borcu yaranmışdır, aliment borcunu ödəməkdən imtina etmir, üç dəfə olmaqla 35-40 gün müddətində hissə-hissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 16(063)-20/2024 saylı, 18 dekabr 2024cü il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq mülki iş üzrə qətnamə çıxarılanadək 23 may 2018-ci ildə doğulmuş X1, 14 oktyabr 2021-ci ildə doğulmuş X2 və 14 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs verilməklə müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 16(063)-17/2025 saylı, 07 may 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmaqla müvəqqəti təminat tədbiri görülməlidir. İcra sənədləri 19 dekabr 2024-cü il və 07 may 2025-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfində müxtəlif vaxtlarda (07 may 2025-ci il və 22 may 2025-ci il) “sms” bildiriş göndərilərək gəlməsi tələb edilsə də çağırışlardan yayınmış və borclu “sms” bildirişləri gördüyünü bildirmiş, lakin Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu, barəsində 10 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 30 iyul 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu, icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 3162 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 16(063)-20/2024 saylı, 18 dekabr 2024-cü il tarixli və 16(063)- 17/2025 saylı, 07 may 2025-ci il tarixli icra sənədlərinə əsasən borclu, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan Şəxs aliment borcu 3162 manat təşkil edir. Hazırda tələbkar icra sənədlərinin tam icra edilməsini tələb edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmə qərarlarına əsasən borcludan üç uşağının saxlanılması üçün onun xeyrinə aliment tutulması qət edilmişdir, borclu halhazıradək aliment borcunu ödəməmişdir. Borclunun aliment borcunu ödəmədiyinə görə məsuliyyətə cəlb olunmasını təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 30 iyul 2025-ci il, saat 18:00-dan hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar