Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-341/2024 29.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1974-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar şəhəri, M.Rəsulzadə küçəsi, ev 28-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-810/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs əsas borca görə 480 (dörd yüz səksən) manat 08 (səkkiz) qəpik, faiz borcuna görə 7 (yeddi) manat 46 (qırx altı) qəpik, cəriməyə görə 12 (on iki) qəpik və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat, cəmi 507 (beş yüz yeddi) manat 66 (altmış altı) qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-1254/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs əsas borca görə 176 (bir yüz yetmiş altı) manat 90 (doxsan) qəpik, dəbbə puluna (cəriməyə) görə 16 (on altı) manat 50 (əlli) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 223 (iki yüz iyirmi üç) manat 40 (qırx) qəpik məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2nə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-273/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs kredit müqaviləsi üzrə əsas borca görə 3262 (üç min iki yüz altmış iki) manat 28 (iyirmi səkkiz) qəpik, faiz borcuna görə 648 (altı yüz qırx səkkiz) manat 23 (iyirmi üç) qəpik, cəriməyə (dəbbə puluna) görə 71 (yetmiş bir) manat 68 (altmış səkkiz) qəpik, bankın xidmət haqqına görə 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumuna görə 59 (əlli doqquz) manat 83 (səksən üç) qəpik, cəmi 4042 (dörd min qırx iki) manat 42 (qırx iki) qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin e-2(063)-760/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs kredit müqaviləsi üzrə əsas borca görə 3035 (üç min otuz beş) manat 61 (altmış bir) qəpik, faiz borcuna görə 462 (dörd yüz altmış iki) manat 84 (səksən dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 54 (əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 3553 (üç min beş yüz əlli üç) manat 43 (qırx üç) qəpik məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisinin reyestrdə 8İ-29811 nömrə ilə qeyd edilmiş 16 aprel 2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə cəmi 135 manat pul tutulmalıdır. Borclu icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 29 avqust 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482243 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, icra sənədlərinə əsasən ondan tələbkarların xeyrinə pul tutulmalıdır, avtomobil qəzası nəticəsində xəsarət aldığından uzun müddət müalicə olunmuşdur, həmin borcları ödəməkdən imtina etmir, borclarını hissə-hissə ödəyəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, icra sənədi üzrə borclu Şəxs cəmi 507,66 manat məbləğində pul tutularaq tələbkar "xxxx" KB ASC-yə ödənilməlidir. İcra sənədi üzrə borclu Şəxs 223,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu Şəxs 4042,42 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu Şəxs 3553,43 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu Şəxs 135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq 21 oktyabr 2021-ci il, 14 fevral 2023-cü il, 19 may 2023-cü il, 17 oktyabr 2023-cü il və 17 aprel 2024-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. 17 aprel 2024-cü il tarixli qərarla hər 5 icra sənədləri icra məmurunun qərarı ilə ümumi icraata birləşdirilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilməsinə, daşıdığı məsuliyyət barədə bildiriş verilməsinə baxmayaraq onun tərəfindən tələb icra edilməmişdir. Bundan əlavə, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Qeyd olunanlara əsasən borclu barəsində 28 avqust 2024-cü il tarixdə axtarış elan edilmiş, borclunu 29 avqust 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuş, borclunun izahatı alınaraq borcun ödənilməsi tələb edilmiş və hər beş icra sənədinin icrası ondan tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, hər beş icra sənədi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədlərinin verildiyi vaxtda müvafiq olaraq müddətin keçməsinə baxmayaraq borclu tərəfindən tələb icra edilməmiş və buna heç bir təşəbbüs göstərməmişdir. Hazırda borclunun hər beş icra sənədi üzrə 8461,91 manat ödənilməmiş borcu qalmışdır, tələbkarlar icra sənədinin tam icra olunmasını tələb edirlər. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məktub göndərib borclunun inzibati məsuliyyətə cəlb edilməsini, işə onların iştirakları olmadan baxılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə məktub göndərib Ucar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(063)-273/2023 saylı və 20 sentyabr 2021-ci il tarixli, 2(063)-810/2021 saylı icra vərəqələri üzrə borclu qərarın icrasını təmin etmədiyi üçün borclu Şəxs barəsində məcburi icra tədbirinin görülməsi barədə qərar qəbul edilməsini və onun inzibati həbs növündə qərar qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 nümayəndəsi məhkəməyə ərizə göndərib Ucar Rayon Məhkəməsinin 2(063)-1254/2022 saylı, 27 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs borcunun 223,40 manat təşkil etdiyini, yaranmış borcun tam olaraq tələb etdiklərini, əks halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 29 avqust 2024-cü il, saat 17:55-dən hesablansın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-341/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-341/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver