Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-341/2025 31.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, Dədə Qorqud yaşayış məhəlləsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu, 521-ci və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 02 radələrində Ucar şəhəri, H.Əliyev prospektində xidmət aparan RPŞ-nin DYPB-nin YPX inspektoru İlkin Məlikov tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılmış, sürücünün sərxoş olması müəyyən edilmiş, sonuncunun qanuni tələblərinə tabe olmadığından xidməti radiostansiya vasitəsilə oraya dəvət olunmuş polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra, Ucar RPŞ-nin əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, sonuncu yenidən buna məhəl qoymamış, nəticədə polis əməkdaşlarının səyi nəticəsində şöbəyə gətirilməsi təmin edilmiş, yenidən RPŞ-nin inzibati binasının həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 00:00-dan sonra Ucar şəhəri, H.Əliyev prospektində məişət səs-küyü etmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 31 iyul 2025-ci il tarixli, MN seriyalı 2273367, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 02 radələrində Ucar şəhəri, H.Əliyev prospektində xidmət aparan RPŞ-nin DYPB-nin YPX inspektoru İlkin Məlikov tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılmış, sürücünün sərxoş olması müəyyən edilmiş, sonuncunun qanuni tələblərinə tabe olmadığından xidməti radiostansiya vasitəsilə oraya dəvət olunmuş polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra, Ucar RPŞ-nin əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, sonuncu yenidən buna məhəl qoymamış, nəticədə polis əməkdaşlarının səyi nəticəsində şöbəyə gətirilməsi təmin edilmiş, yenidən RPŞ-nin inzibati binasının həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 00:00-dan sonra Ucar şəhəri, H.Əliyev prospektində məişət səs-küyü etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu, 521-ci və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 521, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 30 iyul 2025-ci il tarixdə gecə saatlarında oğluna məxsus “Opel Vectra” minik markalı, ** CG *** dövlət nömrə nişanlı avtomobili etirbarnaməsiz olaraq spirtli içki qəbul etməklə idarə etmişdir. Bu zaman Ucar RPŞ-nin DYPB-nin YPX inspektoru İlkin Məlikov tərəfindən saxlanılmış və o, polis spirtli içki qəbul etdiyindən polis əməkdaşı ilə mübahisə etmiş, daha sonra oraya gələn digər polis əməkdaşları ilə də mübahisə etmişdir. Bundan bir qədər sonra onun idarə etdiyi avtomobil, polis əməkdaşları tərəfindən Ucar RPŞ-nin duracağına yerləşdirilmiş, özü isə spirtli içki qəbul edib-etməməsi ilə bağlı müayinəyə aparılmışdır. Həmin gün spirtli içi qəbul etdiyindən olanları tam xatırlamır, hazırda törətdiyi əməllərdən peşmandır, ailə və maddi vəziyyətinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X5 izahatında göstərdi ki, 30 iyul 2025-ci il tarixdə, saat 02:25 radələrində Ucar şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Opel Vectra” minik markalı, ** CG *** dövlət nömrə nişanlı avtomobilinin işıq cihazlarının nasazlığı ilə bağlı tərəfindən saxla əmri verilmiş, avtomobili idarə edən şəxs Şəxs yaxınlaşmış, özünü təqdim edərək saxlanma səbəbini izah etmiş, sürücü isə onunla mübahisə etməyə başlamışdır. Sürücünün sənədləri yoxlanılarkən avtomobili sürücülük hüququ olmadan və etibarnaməsiz idarə etdiyi məlum olmuşdur. Daha sonra Aydının vizual şəkildə spirtli içki qəbul etdiyi və öz hərəkətlərini idarə edə bilmədiyindən şübhələndiyi üçün sonuncunu müayinə məqsədi ilə müvafiq tibb məntəqəsinə getməsini təklif etmişdir. Aydın yenidən bu tələbə də məhəl qoymayaraq nalayiq ünvansız ifadələr işlətmiş, belə olan təqdirdə xidməti radiostansiya vasitəsi ilə köməyə polis əməkdaşları dəvət etmişdir. Hadisə yerinə gələn RPŞ-nin PPXBnin polis nəfərləri Zaur Həmidov və Maarif Babayev də Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra, digər polis əməkdaşlarının səyi nəticəsində Aydının şöbəyə gətirilməsi təmin edilmiş, sonuncu yenidən RPŞ-nin inzibati binasının həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs sərxoşluğu müvafiq müayinə sənədi ilə müəyyən edildiyindən İXM-in 332.1, 334.1 və 329.3-cü maddələri ilə 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər Ucar RPŞ-nin PPXB-nin polis nəfərləri X6 və X3 digər şahid Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 izahatına uyğun, oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etdilər. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 02 radələrində Ucar şəhəri, H.Əliyev prospektində xidmət aparan RPŞ-nin DYPB-nin YPX inspektoru İlkin Məlikov tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılmış, sürücünün sərxoş olması müəyyən edilmiş, sonuncunun qanuni tələblərinə tabe olmadığından xidməti radiostansiya vasitəsilə oraya dəvət olunmuş polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra, Ucar RPŞ-nin əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, sonuncu yenidən buna məhəl qoymamış, nəticədə polis əməkdaşlarının səyi nəticəsində şöbəyə gətirilməsi təmin edilmiş, yenidən RPŞ-nin inzibati binasının həyətində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 00:00-dan sonra Ucar şəhəri, H.Əliyev prospektində məişət səs-küyü etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 30 iyul 2025-ci il tarixli, AZA 027326 saylı protokoldan görünür ki, Şəxs 30 iyul 2025-ci il tarixdə saat 03:20-də inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 22 iyul 2025-ci il tarixli, AZA 011238 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan 30 iyul 2025-ci il tarixli, 127 saylı “Nəqliyyat vasitələri idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 30 iyul 2025-ci il tarixdə, saat 04:20-də müayinəyə təqdim olunmuş və sonuncunun 0,007 promil spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İşdə olan 31 iyul 2025-ci il tarixli, 134 saylı “Nəqliyyat vasitələri idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 31 iyul 2025-ci il tarixdə, saat 10:30-da müayinəyə təqdim olunmuş və sonuncunun 0,000 promil, yəni spirtli içki qəbul etməməsi və ayıq olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 521-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs özünü təqsirli bilməsini, yaşını və ailə vəziyyətini məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Eyni zamanda, inzibati xətanı spirtli içki qəbul etmiş şəxs (sərxoş vəziyyətdə) tərəfindən törədilməsini Şəxs əməlində ağırlaşdırıcı hal kimi hesab edirəm. Məsuliyyəti yüngülləşirən halların və ağırlaşdıran halın olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, eyni zamanda əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbeh təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda qeyd edirəm ki, Şəxs ayıldığı vaxtdan, yəni 31 iyul 2025-ci il tarixdən, saat 10:30-dan tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 89,5, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli ayıldığı vaxtdan, yəni 31 iyul 2025-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Ucar rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 521-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Ucar Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-341/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-341/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver