Məhkəmə qərarları › İş №3(063)-347/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-347/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-347/2024 05.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1966-cı ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-312/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs əsas borca görə 5202 (beş min iki yüz iki) manat 72 (yetmiş iki) qəpik, faiz borcuna görə 1386 (bir min üç yüz səksən altı) manat 11 (on bir) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 6618 (altı min altı yüz on səkkiz) manat 83 (səksən üç) qəpik məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-521/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs əsas borca görə 1070 (bir min yetmiş) manat, dəbbə puluna görə 107 (bir yüz yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1207 (bir min iki yüz yeddi) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ucar rayon notariat ofisinin reyestrdə 8İ-2717 nömrə ilə qeyd edilmiş 28 iyul 2022-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs3n xeyrinə cəmi 525 manat pul tutulmalıdır. Borclu icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 05 sentyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482245 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.Qasımov özünü təqsirli bilərək izahatında göstərdi ki, icra sənədlərinə əsasən ondan tələbkarların xeyrinə pul tutulmalıdır, xəstəliyinə görə işləmədiyindən, habelə daimi iş yeri və qazancı olmadığından tələbkarların xeyrinə pul ödəməmişdir. Borclarını ödəməkdən imtina etmir, işləyib hissə-hissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-312/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 6618 manat 83 qəpik məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)- 521/2021 saylı, 25 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1207 manat məbləğində pul tutularaq tələbkar "ABC Telecom MMC-nin hesabına ödənilməlidir. Ucar Rayon Dövlət Notariat Kontorunun 8i-2717 saylı, 27 iyul 2022-ci il tarixli icra qeydi üzrə borclu Şəxs 525 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq 21 may 2021-ci il, 19 avqust 2021-ci il, 23 sentyabr 2022-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. 23 sentyabr 2022-ci il tarixli qərarla hər 3 (üç) icra sənədi icra məmurunun qərarı ilə ümumi icraata birləşdirilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilməsinə, daşıdığı məsuliyyət barədə bildiriş verilməsinə baxmayaraq onun tərəfindən tələb icra edilməmişdir. Bundan əlavə, borclu icra məmurunun çağırışlarından yayınmış, 13 iyul 2022-ci il tarixdə borclu Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı və iltizamı alınaraq hissə-hissə ödəyəcəyini bildirsə də itizamına əməl etməmiş və bu günədək heç bir ödəniş etməmişdir. Borclu barəsində 01 iyul 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 05 sentyabr 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınmış, lakin borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, hər 3 (üç) icra sənədi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədlərinin verildiyi vaxtdan müvafiq olaraq müəyyən müddətin keçməsinə baxmayaraq borclu tərəfindən tələb icra edilməmiş və buna heç bir təşəbbüs göstərməmişdir. Hazırda borclunun hər 3 (üç) icra sənədləri üzrə 5847,15 manat ödənilməmiş borcu qalmışdır, tələbkarlar isə icra sənədinin tam icra olunmasını tələb edirlər. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məktub göndərib borclunun inzibati məsuliyyətə cəlb edilməsini, işə onların iştirakları olmadan baxılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 nümayəndəsi məhkəməyə məktub göndərib icra qeydi üzrə borclunun heç bir ödəniş etmədiyi təqdirdə barəsində tərtib edilmiş protokolun təmin edilməsini və borclu ilə bağlı ciddi inzibati tədbirin görülüməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 05 sentyabr 2024-cü il, saat 18:05-dən hesablansın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar