Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-350/2024 16.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1999-cü ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, 01 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirlimiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadəsində şübhəli bilinən Ucar rayonu, Qazyan kənd sakini Şəxs Ucar şəhəri, Oğuz küçəsində saxlanılıb Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilməklə şəxsi axtarış və götürmə zamanı üzərindən satış məqsədi olmadan az miqdarda, ümumi təmiz çəkisi 4,75 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X2 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X1 25 yanvar 2024-cü il tarixli cinayət işinin bşlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ucar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 01 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadəsində şübhəli bilinən Ucar rayonu, Qazyan kənd sakini Şəxs Ucar şəhəri, Oğuz küçəsində saxlanılıb Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilməklə şəxsi axtarış və götürülmə zamanı üzərindən satış məqsədi olmadan az miqdarda, ümumi təmiz çəkisi 4,75 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Tərəfindən 26 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərk rayon polis şöbəsinin istintaq bölməsindən daxil olmuş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar əsasında inzibati xəta haqqında iş üzrə icraat açılmış və icraatına qəbul edilmişdir. İnzibati araşdırma aparılması üçün 05 fevral 2024-cü il və 12 fevral 2024-cü il tarixlərdə Şəxs yaşadığı ünvanda olmuş, ancaq onu yaşadığı ünvanda tapmamışdır. Qonşuların deməsinə görə Şəxs Bakı şəhərindədir və dəqiq ünvanı məlum deyildir. Bundan sonra Mahir Əhəmədli yaşadığı ünvanda tapılmadığı üçün 20 fevral 2024-cü il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Ucar rayonu, Qazyan kənd sakini Şəxs yeri müəyyən edilmiş və tərəfindən qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Ucar Rayon Polis Şöbəsində Şəxs izahatı alınmış və Şəxs izahatında da az miqdarda narkotik vasitəni satış məqsədi olmadan saxlamasını etiraf etmişdir. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, həqiqətən 01 yanvar 2024-cü il tarixdə Ucar şəhəri, Oğuz küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Ucar Rayon Polis Şöbəsində şəxsi axtarış və baxış keçirilmiş və baxış zamanı tapdığı və satış məqsədi olamadan saxladığı az miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Törətdiyi əmələ görə peşimançılıq hissi keçirir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Mahir İsayev tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin İTBnə göndərilməsi, qərarın təsviri göstərilənlərə əsasən Şəxs aşkar edilmiş 4,53 qram tədqiqata sərf edilmiş-0,02 qram, qalıq-4,51 qram, eləcə də 0,22 qram tədqiqata sərf edilmiş 0,20 qram qurudulmuş marixuana kütləsinin maddi sübut kimi tanınması və saxlanılması üçün Ucar Rayon Polis Şöbəsində olan maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 02 yanvar 2024-cü il tarixli, 17/5 nömrəli ekspert rəyinin (məhkəmə-bioloji ekspertizası) surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs təqdim etdiyi siqaret qutusunun içəirisinə qoyulmuş sellofan və siqaretə doldurulmuş marixuanaya bənzər kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda olan; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 4,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd papirosda, təmiz çəkisi-0,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdaki, təmiz çəkisi 0,29 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə naroktik vasitələrə aid deyildir. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 22 yanvar 2024-cü il tarixli, 93 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, qərarın surəti, ekspert rəyləri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Buna görə də, hesab edirəm ki, iş üzrə məsrəf-ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilməli, habelə Şəxs götürülmüş və Ucar Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan və tədqiqatdan sonra qalıq qalan cəmi 4,71 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40-43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 16 sentyabr 2024-cü il, saat 17:00-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan, tədqiqatdan sonra qalıq qalan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 4,51 qram və 0,20 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-350/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-350/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver