Məhkəmə qərarları › İş №3(063)-351/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-351/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-351/2024 16.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1991-ci ildə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-353/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli icra sənədinə əsasən 28 may 2015-ci il təvəllüdlü X2, 19 iyul 2016-cı il təvəllüdlü X1 və 03 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 15 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 16 sentyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482246 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə əsasən ondan üç uşağın saxlanılması üçün hər ay cəmi 420 manat sabit pul məbləğində aliment tutulub tələbkara ödənilməlidir. Hazırda uşaqları Şəbnəm və Cavidan onunla qalırlar, bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda həmin işə məhkəmədə baxılır. Daimi işi olmadığına və iki uşağına baxdığına görə tələbkara hər ay 100 manat aliment ödəməyi təklif etsə də bununla razılaşmamışdır. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-353/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli icra sənədinə əsasən borclu, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan Şəxs oğlundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 29 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu 13 iyun 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış, aliment borcu tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Təkrar olaraq borclu 25 iyul 2024-cü il tarixdə şöbəyə çağrılmış, izahatı alınmış, yaranmış aliment borcunu ödənilməsi tələb edilmiş, lakin qısa zamanda ödəniş edəcəyini bildirsə də heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün 03 sentyabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, barəsində 13 sentyabr 2024-cü il tarixdə 750395 nömrəli axtarış işi açılaraq axtarış elan olunmuşdur. Borclu 16 sentyabr 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təqdim olunmuş, borclunun izahatı alınaraq borcun ödənilməsi tələb edilmişdir. Borclu izahatında hər hansı üzürlü səbəb bildirməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-353/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli icra sənədinə əsasən borclunun icra sənədi üzrə 4200 manat ödənilməmiş borcu qalmışdır, tələbkar icra sənədinin tam icra olunmasını tələb edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmənin qətnaməsinə əsasən onun xeyrinə aliment tutulması qət edilmişdir, borclu hal-hazıra qədər ümumiyyətlə aliment ödəməmişdir, alimenbt borcu 4200 manat təşkil edir, borclu ona 100 manat təklif etsə də bununla razılaşmamışdır, odur ki, borclunun məsuliyyətə cəlb olunmasını tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün, zərər çəkmiş şəxsin izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 16 sentyabr 2024-cü il, saat 17:55-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar