Məhkəmə qərarları › İş №3(063)-362/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-362/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-362/2025 14.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Vİİ tağım, polis kiçik serjantı X2 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayətə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxaraq, müəyyən etdim: Məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Vİİ tağım, polis kiçik serjantı X2 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokolundan verdiyi şikayəti daxil olmuşdur. O, şikayətində Bakı-Qazax yolunun 99 km-də (Nəvai postunda) Vİİ tağım, polis kiçik serjantı X2, barəsində tərtib etdiyi inzibati xəta haqqında 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokolun və qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsini, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etsə də şikayətə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əlavə etməmişdir. Şikayətə barəsində tərtib edilmiş 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun kserosurətini əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd olunan inzibati xəta haqqında qanunvericiliyinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Şikayətdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokoldan şikayət verdiyini göstərmiş, protokolun və qərarın ləğv edilməsini xahiş etmiş, həmçinin, şikayətə qərarın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əlavə etməmiş, şikayətə barəsində tərtib edilmiş 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun kserosurətini əlavə etmişdir. Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, şikayət qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən şikayət və əlavə edilmiş sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Vİİ tağım, polis kiçik serjantı X2 08 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər ona qaytarılsın. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar