Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-363/2024 24.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 15 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 10:00 radələrində Şəxs yaşadığı Ucar rayonu, Qaradağlı kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 1 ədəd “İJ” markalı, 16 çaplı, “49322” nömrəli, yivsiz, təklüləli ov tüfəngi boş gilizlə birlikdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin sahə rəisi X2 qeyd etdi ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 10:00 radələrində Şəxs yaşadığı Ucar rayonu, Qaradağlı kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 1 ədəd “İJ” markalı, 16 çaplı, “49322” nömrəli, yivsiz, təklüləli ov tüfəngi boş gilizlə birlikdə aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Ucar RPŞ-nin İB-nin müstəntiqi X3 tərəfindən müvafiq təhqiqat hərəkətləri aparılmış və sonuncunun 09 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə inzibati tənbeh tədbirləri görülməsi məqsədilə material RPŞ-nin İTB-yə göndərilmişdir. Lakin, 3-13-115/1-22103/2023 nömrəli inzibati xəta haqqında iş üzrə Şəxs qaçıb gizləndiyindən və sonuncunun yerini müəyyən etmək mümkün olmadığından 10 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarla inzibati xata haqqında iş üzrə icraat dayandırılmış, keçirilmiş proflaktik tədbirlər nəticəsində Şəxs yeri müəyyən edilərək şöbəyə dəvət edilmiş və 15 oktyabr 2024-cü il tarixli qərarla iş üzrə icraat təzələnərək sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Hər dəfə sahəyə gedəndə yırtıcı heyvanların hücumundan qorunmaq üçün mərhum atasından qalmış sənədsiz ov tüfəngini də özü ilə aparırmış. Belə ki, 24 oktyabr 2023-cü il tarixdə gecə saatlarında ov tüfəngini özü ilə götürüb sahəyə getmiş, qəfildən oraya avtomobilin gəldiyini görüb əlindəki ov tüfəngini sahədə yerləşən kolluğun içərisində gizlətmişdir. Ertəsi gün, yəni 25 oktyabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində sahəyə gedərək ov tüfəngini gizlətdiyi kolluqdan götürmək istəyərkən silahdan atəş açılmış və açılmış atəş nəticəsində ehtiyatsızlıqdan sağ qolunun dirsək hissəsinə qırma dəymişdir. Bu səbəbdən də, rayon polis şöbəsində barəsində araşdırılma aparılmış və nəticədə silahın sənədsiz olduğu müəyyən edilmişdir. Daha sonra, o, polis əməkdaşları tərəfindən Ucar RPŞ-yə dəvət edilmiş, müvafiq prosessual hərəkətlər həyata keçirildikdən sonra silah ondan alınaraq şöbəyə təhvil verilmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 09 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş 1 ədəd “İJ” markalı, 16 çaplı, “49322” nömrəli, yivsiz, təklüləli ov tüfəngi və 1 ədəd boş giliz müvafiq qaydada saxlanması üçün Ucar RPŞ-nin NH-nə təhvil verilmişdir. İşdə olan müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş nömrəli silahın DİN BƏSİİ-də nəzarətə götürülməsi barədə 08 aprel 2024-cü il tarixli arayışın surətindən görünür ki, “İJ” markalı, 16 çaplı, “49322” nömrəli, yivsiz, təklüləli ov silahı DİN BƏSİİ-nin RF DİN-in Baş İnformasiya Analitik Mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 10 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən olunaraq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 09 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Həmçinin, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşmanlıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını, nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd “İJ” markalı, 16 çaplı, “49322” nömrəli, yivsiz, təklüləli ov tüfəngi və 1 ədəd boş giliz müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd “İJ” markalı, 16 çaplı, “49322” nömrəli, yivsiz, təklüləli ov tüfəngi və 1 ədəd boş giliz müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-363/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-363/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver