Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-364/2024 15.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, Zərdab Rayon Dövlət Notariat Kontorunun 8İ-915 saylı 01 avqust 2024-cü il tarixli icra qeydinə əsasən borclu ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs 1330.63 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 06 avqust 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilsə də, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya icra məmuru tərəfindən telefon vasitəsi ilə zəng olunub İcra və probasiya şöbəsinə çağrılmasına baxmayaraq gəlməmiş və çoxsaylı SMS bildiriş göndərilsə də, çağrışlardan yayınmışdır. Borclu İcra məmurunun çağrışlarından yayındığı üçün barəsində 16 sentyabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar rayon polis Şöbəsinə göndərilmiş və borclu 15 oktyabr 2024-cü il tarixdə Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs Ucar Rayon İcra və Probasiya şöbəsində izahatı alınmış icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə heç bir ödəniş etməmişdir və buna təşəbbüs belə göstərməmişdir. Zərdab Rayon Dövlət Notariat Kontorunun 8İ-915 saylı 01 avqust 2024-cü il tarixli icra qeydinə əsasən Şəxs hazırkı günə olan borcu 1330.63 manat təşkil edir. Hazırda tələbkar icra qeydinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Zərdab Rayon Dövlət Notariat Kontorunun 8İ-915 saylı 01 avqust 2024-cü il tarixli icra qeydinə əsasən borclu ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs 1330.63 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 06 avqust 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilsə də, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya tərəfindən telefon vasitəsi ilə zəng olunub İcra və probasiya şöbəsinə çağrılmasına baxmayaraq gəlməmiş və çoxsaylı SMS bildiriş göndərilsə də, çağrışlardan yayınmışdır. Borclu çağrışlardan yayındığı üçün barəsində 16 sentyabr 2024cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar rayon polis Şöbəsinə göndərilmiş və borclu 15 oktyabr 2024-cü il tarixdə Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs Ucar Rayon İcra və Probasiya şöbəsində izahatı alınmış icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə heç bir ödəniş etməmişdir və buna təşəbbüs belə göstərməmişdir. Zərdab Rayon Dövlət Notariat Kontorunun 8İ-915 saylı 01 avqust 2024-cü il tarixli icra qeydinə əsasən Şəxs hazırkı günə olan borcu 1330.63 manat təşkil edir. Hazırda tələbkar icra qeydinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özü Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla aylıq təxminən 600 manat qazanc əldə edir. Özü ailəsindən məhkəmə qərarı ilə ayrılsa da, hazırda barışmış və bir yerdə yaşayırlar. o, sözügedən icra qeydi ilə bağlı üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, ona təxminən bir ay əvvəl Ucar rayon icra və probasiya şöbəsindən zəng gəlmiş və icra qeydi ilə bağlı icra şöbəsinə dəvət edilmişdir. Lakin həmin vaxt hazırda ailəli olan qızının xəstəliyi ilə əlaqədar iki gün möhlət istəmiş, lakin səhlənkarlığı ucbatından həmin vaxtdan bir aydan artıq zaman keçməsinə baxmayaraq hələ də üzərinə düşən öhdəliyi icra edə bilməmişdir. Lakin adına evi və torpaq sahəsi vardır. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəməyə gəlməmiş (nümayəndələrinin iştirakını təmin etməmiş), eyni zamanda, məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduqlarını və icra qeydi üzrə ödənişin tam icra edilməsini tələb etdiklərini, əks təqdirdə sonuncu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Zərdab Rayon Dövlət Notariat Kontorunun 8İ-915 saylı 01 avqust 2024-cü il tarixli icra qeydinə əsasən borclu ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs 1330.63 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 06 avqust 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilsə də, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya icra məmuru tərəfindən telefon vasitəsi ilə zəng olunub İcra və probasiya şöbəsinə çağrılmasına baxmayaraq gəlməmiş və çoxsaylı SMS bildiriş göndərilsə də, çağrışlardan yayınmışdır. Borclu İcra məmurunun çağrışlarından yayındığı üçün barəsində 16 sentyabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar rayon polis Şöbəsinə göndərilmiş və borclu 15 oktyabr 2024-cü il tarixdə Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs Ucar Rayon İcra və Probasiya şöbəsində izahatı alınmış icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə heç bir ödəniş etməmişdir və buna təşəbbüs belə göstərməmişdir. Zərdab Rayon Dövlət Notariat Kontorunun 8İ-915 saylı 01 avqust 2024-cü il tarixli icra qeydinə əsasən Şəxs hazırkı günə olan borcu 1330.63 manat təşkil edir. Hazırda tələbkar icra qeydinin tam icra edilməsini tələb edir. İşdə olan Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, sonuncu inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı hazırkı işə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxılması nəticəsində müəyyən edilmişdir ki, (Elektron Məhkəmə İnformasiya Sisteminin verdiyi imkanlar çərçivəsində) Şəxs adına ********* saylı reystr qeydi ilə fərdi yaşayış evi və 0,51 ha torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 4 4 - c ü m a d d ə s i n ə ə s a s ə n m əcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakı kimi qeyd edilmişdir: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Belə olan halda, hazırkı iş üzrə qanunvericilikdə nəzərdə tutulmuş icra tədbirlərinin ardıcıllığına düzgün riayət edilməmiş və nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, qanunverciliyin norma və prinsiplərinin mənasından da göründüyü kimi, məcburi icra tədbirlərinin ardıcıllığı dəqiq və konkret dairədə müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-109 və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43 və 44-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən təqdim edilmiş icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol və ona əlavə edilmiş sənədlər Ucar rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-364/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-364/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver